Ceyhun Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist və ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə tədbirlər keçirilib.
8 Dekabr 2016 12:10 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist və ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə tədbirlər keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb. Keçirilən tədbirlərdə Ceyhun Hacıbəylinin bir çox mətbu orqanlarında çalışması, həmçinin mühacirətdə yaşadığı dövrdə "La Revul du Mond Müsulman", "La Fiqaro" kimi mətbu orqanlar ilə əməkdaşlıq etməsi, Parisdə "Qafqaz" və Münhendə "Azərbaycan" jurnallarının redaktoru olması barədə ətraflı məlumat verilib. Müəllim və şagird kollektivinə görkəmli ədibdən bəhs edən "Durun gedək evimizə", "Əbədi ezamiyyət" adlı filmlər nümayiş etdirilib. Təşkil edilən ədəbi-bədii kompozisiyalarda şagirdlərin ifasında yubilyarın "Qarabağ dialekti və folkloru" əsərindən bayatılar və lətifələr söylənilib, səhnəciklər göstərilib. Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı, əsərləri və elmi məqalələrinin nümayiş olunduğu foto guşələr və sərgilər maraqla qarşılanıb