“NATO həmin bazaları işə salsa...”
Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Hələbin şərqində yerləşən strateji əhəmiyyətli Əl-Şaar rayonu da daxil olmaqla beş bölgəni ələ keçirdiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq. Onun sözlərinə görə, şəhərin şərq hissəsində “Ən-Nüsra” Cəbhəsi ətrafında birləşən döyüşçülər qalıb. “Bunlar terrorçulardır”, - deyə Peskov vurğulayıb.
8 Dekabr 2016 12:21 DünyaRusiya üçün şok proqnoz
Suriyanın müxalifət qüvvələri bir-birinin ardınca Hələbdə ağır məğlubiyyətlər alır. Müxalifət Hələbdə nəzarət etdiyi ərazilərin 70 faizini itirib.
Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Hələbin şərqində yerləşən strateji əhəmiyyətli Əl-Şaar rayonu da daxil olmaqla beş bölgəni ələ keçirdiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq. Onun sözlərinə görə, şəhərin şərq hissəsində "Ən-Nüsra" Cəbhəsi ətrafında birləşən döyüşçülər qalıb. "Bunlar terrorçulardır", - deyə Peskov vurğulayıb.
Daha əvvəl Rusiyanın xarici işlər Naziri Sergey Lavrov Hələbi tərk etməyən müxalifət güclərinin "terrorçu" hesab ediləcəyini söyləyib. Lavrov Hələbdə son müxalifət döyüşçüsü qalana kimi Suriya ordusunu dəstəkləyəcəklərini bildirib.
Hələbdə, ümumilikdə Suriyada proseslər hansı istiqamətdə inkişaf edir? Suriya lideri Bəşər Əsədin devrilməsini istəyən ölkələr, o cümlədən ABŞ və Türkiyənin hazırkı mövqeyi nəyə hesablanıb?
Açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Rusiya və Suriya rejiminin digər müttəfiqləri ABŞ-dakı prezident seçkilərindən sonra yaranan boşluqdan yararlanaraq Bəşər Əsədin hakimiyyətini möhkəmləndirmək xətti tutub və buna müəyyən dərəcədə nail olub.
Onun sözlərinə görə, Hələbdə gedən son döyüşlər də onu göstərir ki, Rusiyanın əsas hədəfi Əsədin hakimiyyətini bütün Suriya ərazisinə yaymaqdan ibarətdir.

Suriya məsələsində Ankaranın mövqeyinə toxunan müsahibimizin sözlərinə görə, Türkiyə NATO blokunun üzvü olsa da, Suriyada Rusiya ilə razılaşdırılmış siyasət yürüdür: "Türkiyə Cerablus və Suriyanın şimalındakı bəzi əraziləri azad etsə də, Rusiya daha iri yaşayış məntəqələrini ələ keçirməyə çalışır. Rusiya Azad Suriya Ordusunu da terrorçu qüvvələr adlandıraraq onlara qarşı genişmiqyaslı hava əməliyyatlarını həyata keçirir və kiçik silahlarla silahlanan müxalifətə qarşı ən müasir silahlarla soyqırım siyasəti aparır".
Qabil Hüseynli hesab edir ki, Amerika rəhbərliyi Suriya məsələsində ciddi yanlışlığa yol verir: "Baxmayaraq ki, ABŞ 45 ölkənin birləşdiyi böyük bir koalisiyaya rəhbərlik edir, amma ruslarla qarşıdurmadan çəkinərək Moskvanın Suriyada sərbəst hərəkət etməsinə şərait yaradır".
ABŞ-ın dövlət katibi Con Kerri dünən bildirib ki, Hələbin Suriya rejiminin əlinə keçməsi müharibənin başa çatacağı anlamına gəlməyəcək. Qabil Hüseynli Kerrinin bəyanatlarını ciddi qəbul edilmədiyini bildirib. Bununla belə ABŞ-ın dövlət katibinin və müdafiə nazirinin Hələbdəki hadisələrlə bağlı çox qəzəbli bəyanatlar verdiyini deyən politoloq qeyd edir ki, hətta Vaşinqtonun hərəkətə keçəcəyi və Əsədi devirə biləcəyi barədə siqnallar verməyə başlayıblar: "Amma bunun üçün ABŞ-ın bölgəyə böyük miqdarda hərbi güc topladığını müşahidə etmirəm. Türkiyədəki İncirlik bazası az qala iflic vəziyyətindədir. Almaniya və Danimarkaya məxsus təyyarələr çıxarılıb, "Patriot" tipli hava hücumundan müdafiə sistemləri döyüş bölgələrindən aparılıb. Bütün bunlar onu göstərir ki, NATO-nun bölgədəki təsiri xeyli zəifləyib. Siyasi bəyanatlarla vəziyyəti düzəltmək çətindir. Amma hərbi qüvvələrin bölgəyə daşınması ABŞ və NATO üçün problem deyil. Çünki NATO-nun həmin bölgəyə yaxın saysız-hesabsız bazaları var. Həmin bazalar işə düşsə, Suriyadakı qüvvələr nisbəti yenidən əks istiqamətdə dəyişə bilər".
Qabil Hüseynli hesab edir ki, Türkiyənin Suriya münaqişəsi ilə bağlı son yanaşmaları Ankaranın təhlükəsiz bölgə adlandırdığı Suriyanın şimalı ilə kifayətlənəcəyi barədə təəssürat yaradır. Publika.az