Belçikada ermənilərdən ibarət cinayətkar qruplaşma çökdürüldü

Belçikada Beynəlxalq Tennis Federasiyasının (ITF) “Challenger” yarışının matçlarında təxminən 50 insan dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Belçikada Beynəlxalq Tennis Federasiyasının (ITF) "Challenger" yarışının matçlarında təxminən 50 insan dələduzluqda şübhəli bilinərək saxlanılıb. "RİA-Novosti" agentliyi xəbər verir ki, bu haqda "Derniere heure" qəzeti yazıb.

Nəşrin məlumatına görə, saxlanılanlar nəticələri qabaqcadan məlum olan matçlar üçün bukmeker ofislərində pul qoymaqda ittiham olunur. Artıq Brüssel, Antverpen, Gent və Brügge şəhərlərinin prokurorluqları tərəfindən 18 cinayət işi qaldırılıb. İstintaq orqanları hesab edir ki, dələduzluğun arxasında Ermənistandan gəlmələr dayanırlar.

İstintaq həmçinin istisna etmir ki, cinayət işinin arealı Avropanın başqa ölkələrinə də yayıla bilər.

ITF-nin "Challenger" yarışında əsasən gənc peşəkar tennisçilər iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31