Musa Quliyev Qırğızıstanda referendumu müşahidə edəcək

Milli Məclisin deputatı Musa Quliyev dekabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekə səfərə gedəcək. Milli Məclisin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, millət vəkili Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin Icraiyyə komitəsinin xətti ilə müşahidə edəcək. Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək. Səfər dekabrın 13-də başa çatacaq.

Milli Məclisin deputatı Musa Quliyev dekabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekə səfərə gedəcək. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, millət vəkili Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin Icraiyyə komitəsinin xətti ilə müşahidə edəcək. Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək. Səfər dekabrın 13-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31