BANM-də İSO standartının tətbiqi genişlənir

Bakı Ali Neft Məktəbində Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər.

Bakı Ali Neft Məktəbində Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər. "OLAYLAR"-ın xəbərinə görə, bununla əlaqədar olaraq, TSİ-nin Azərbaycan üzrə təmsilçisi Səlim Çelebi, TSİ-nin baş auditoru Volkan Cağın və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun iştirakı ilə BANM-in rəhbərliyi və professor-müəllim heyətinin görüşü keçirilib. BANM-də üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini bildirən rektor Elmar Qasımov məktəbin digər modullar üzrə standartların əldə olunmasına çalışdığını bildirib. TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi BANM-in ali təhsil müəssisəsi olaraq Azərbaycanda analoji qurumlar arasında öndə gedən məktəb olduğunu vurğulayıb. BANM-in gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacağına əminliyini ifadə etmişdir. O, qarşılıqlı əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31