Yol xəritələri ölkədə iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır

"Azərbaycanda təsdiq olunmuş milli iqtisadiyyatın strateji yol xəritələri ölkədə islahatlar və iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır".

"Azərbaycanda təsdiq olunmuş milli iqtisadiyyatın strateji yol xəritələri ölkədə islahatlar və iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır". Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib:

"Avropa İttifaqı Azərbaycanın tərəfdaşı olmaq, iqtisadiyyatın şaxələnməsində və islahatların həyata keçirilməsində ölkəni dəstəkləmək niyyətindədir. 12 yol xəritəsi isə bunun üçün gözəl əsas yaradır".

Aİ nümayəndəliyinin rəhbəri qeyd edib ki, Aİ Azərbaycanda iqtisadiyyatın diversifikasiyasının dəstəklənməsini hər zaman müzakirə edir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31