Alla Puqaçova: "Azərbaycanda yaraşıqlı kişilər var"

Rusiyanın xalq artisti Alla Puqaçova "Moskva-Bakı" saytına müsahibə verib. Məlumata görə, müğənni Azərbaycanla bağlı fikirlərini bölüşüb:

Rusiyanın xalq artisti Alla Puqaçova "Moskva-Bakı" saytına müsahibə verib. Məlumata görə, müğənni Azərbaycanla bağlı fikirlərini bölüşüb:

"Azərbaycan qonaqpərvərliyi ilə seçilir. Oranın mətbəxi çox dadlıdır. Bir də yeməyi masaya romantik ab-hava ilə təqdim edirlər. Bakını möhtəşəm şəhər kimi xatırlayıram. Orada müxtəlif illərdə olmuşam. Həmin vaxt Bakı qədim üslubda idi. Sonralar dəyişdi. Müasir görünüşü də gözəldir. Azərbaycanda yaraşıqlı və alicənab kişilər var".

A.Puqaçova 2017-ci ildə keçiriləcək "Jara" festivalına qatılacağını deyib:

"Bakıya yenidən gəlməyim üçün növbəti şansım oldu. Uzun müddətdir belə festivallara qatılmıram. Son vaxtlar təyyarəyə minməsəm də, Bakıya gəlməyə hazırlaşıram. Bütün gücümü toplayıb təyyarəyə minəcəm. Küləyə deyin, təyyarə enəndə asta ol (gülür). Orada sinirlərim pozulana qədər yemək yeyəcəm". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31