BNA təxirəsalınmaz tədbirlər həyata keçirir

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb.

Avtobuslarının qrafikində gecikmələri aradan qaldırmaq üçün

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, bu vəziyyət daha çox paytaxtın nisbətən yükək ərzilərində Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir. Bu səbəbdən, həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31