Gündəm

Millət vəkili: "İşsizlərə şərti də olsa, ünvanlı sosial yardım verilsin"

8 Dekabr 2016 14:00

"Cəmiyyətin bir hissəsi var ki, onlar Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsini  səbirsizliklə gözləyirlər. Bu, da təbii haldır. Çünki onlar cəmiyyətin həssa təbəqələridir və dövlətin humanist siyasətinə daha çox ehtiyacları var”.SİA-nın xəbərinə görə bunu millət vəkili Rəfael  Cəbrayılov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il  büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirələri zamanı deyib.

2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kəsirsiz olacaq

8 Dekabr 2016 13:59

2017-ci il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 3,4 milyard manat həcmində proqnozlaşdırılır. Bu, 2016-cı il üçün olan göstəricidən 100 milyon manat çoxdur.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət narahatlıq mənbəyi olaraq qalır

8 Dekabr 2016 13:58

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət narahatlıq mənbəyi olaraq qalır". Bu sözləri ATƏT-in fəaliyyətə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter ŞtaynmayerATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

Bu gün Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışı olub

8 Dekabr 2016 13:55

Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun və Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Evlilik verilişinə qatılan azərbaycanlı qız transseksual imiş?

8 Dekabr 2016 13:54

Türkiyədə evlilik verilişinə qatılan azərbaycanlı gəlin namizəd haqqında sensasion iddia səsləndirilib.   A24.az Xəbər verir ki, Esmira adlı azərbaycanlı xanımın transseksual olduğu iddia edilir. Belə ki, İnstaqramda "Zuhal Topalla İfşa" səhifəsi onun əməliyyatdan əvvəlki fotosunu yayıb.

“Artıq kəndlərdə insanlar vedrə ilə un almağa başlayıblar”

8 Dekabr 2016 13:50

“Bu gün əhalinin aztəmiantlı təbəqəsinə verilən ünvanlı sosial yardımların kəsilməsi məsələsi, təklifi cəmiyyətdə əlavə gərginlik və stress yaradacaq. Ona görə də indiki çətin məqamda belə fikirlər səsləndirməkdən uzaq olmalıyıq”.

Dövlət orqanlarında şəffaflıq artırılmalıdır

8 Dekabr 2016 13:48

Uzun illərdir ki, Azərbaycanın xarici banklarda olan əmanətlərinin bir qisminin ölkəyə gətitirlməsi ətrafında müzakirələr aparılmaqdadır. Hələ ölkə başçısı bir müddət əvvəl həmin vəsaitini bir qisminin Azərbaycana qaytarılması ilə bağlı tövsiyyələrini vermişdi. İqtiadçı ekspertlr hesab edirlər ki,

İKT-nin inkişafı dövlət siyasətinin tərkib hissəsidir

8 Dekabr 2016 13:45

Günümüzdə həyatımızın ayrılmaz bir parçasına çevrilən informasiya kommunikasiya texnologiyaları keçmişdən bu günə qədər böyük bir inkişaf yolu keçib. Xəbər göyərçinləri, çaparların gördüyü işlər, yaratdığı rabitə əlaqəsi tədricən təkmilləşərək daha müasir texnologiyalarla əvəzlənib. Bu əvəzləmə prosesinin bir çoxunun şəxs olaraq da canlı şahidinə çevrilmişik. Uşaqlıq illərimizin təsadüf etdiyi Sovet İttifaqının zamanında rabitə əlaqəsi, xəbər çatdırma funksiyası da bir növ keçmişdən fərqli deyildi.

Banklar dollar alışından imtina edir

8 Dekabr 2016 13:42

Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması özünü çox göstərmədən Azərbaycanda büruzə verdi. Baxnayaraq ki, iqtisadçı ekspertlər hesab edirlər ki, bu razılıq dolların məzənnəsinə təsir etmir və edəcəyi də gözlənilmir. Dünya ehtiyatlarının 64 faizinin saxlandığı pul vahidinə aralarındakı illik ticarət dövriyyəsi 23.9 milyard dollar olan ölkələrin razılaşması aydındır ki, təsir etməyəcək.

Dollardan imtina nə dərəcədə mümkündür?

8 Dekabr 2016 13:39

Dolların milli valyutaları üstələməsi ayrı-ayrı ölkələrin maliyyə bazarlarında ciddi problemlər yaratdığından çox zaman ölkələr Amerika dollarından imtina etmək barədə qəti addımlar atmağa çalışırlar. Zaman-zaman bu kimi situasiylar yaranıb. Ən son bir neçə gün əvvəl Türkiyə və Rusiya qarşılıqlı alqı-satqı prosesini türk lirəsi və rus rublu ilə həyata keçirmək barədə ilkin müzakirə aparıblar. Hətta yaxın günlərdə bu müzakirənin reallığa çevriləcəyi də istisna edilmir. Bəs görəsən Amerika dollarından imtina nə dərəcədə mümkümdür və bunun hansı mənfi və müsbət tərəfləri ola bilər?

“Hökumət yeni iqtisadi inkişaf modelinə keçməyin zəruri olduğunu çoxdan dərk edirdi”

8 Dekabr 2016 13:38

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin iqtisadiyyata mənfi təsirlərini aradan qaldırmaq üçün əlavə tədbirlərin həyata keçirilməsi zərurəti yeni strateji yol xəritəsinin hazırlanmasını qaçılmaz etdi. Çünki yeni iqtisadi proseslərə uyğun milli iqtisadiyyatı qurmaq şərt idi. Beləliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman əsasında "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edildi. Birmənalı olaraq iqtisadçılar tərəfindən bu fərman yüksək qiymətləndirilir.

Strateji Yol Xəritələrin təyin olunan vaxtda icrası Azərbaycanı güclü iqtisadiyyata malik ölkəyə çevirəcək

8 Dekabr 2016 13:37

Bu günlərdə Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzaladı. Fərmanda iqtisadiyyatın bir çox sahələrinin müasir tələblərə və iqtisadi çağırışlara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Bəs görəsən, fərmanın icrası Azərbaycan iqtisadiyyatı üçün hansı müsbət nəticələrə gətirib çıxaracaq? Bu və ya digər suallara aydınlıq gətirmək üçün millət vəkili Azər Badamova müraciət etdik. Azər Badamov “OLAYLAR”-a verdiyi müsahibədə bundan sonra ölkə iqtisadiyyatında müşahidə ediləcək müsbət tendensiyalardan da danışıb. Millət vəkili əmin olduğunu bildirib ki, fərmanın uğurlu icrası ölkə iqtisadiyyatını risklərdən qoruyacaq.

Ölkədə yeni iqtisadi artım modeli formalaşır

8 Dekabr 2016 13:35

Dünya bazarında neftin qiymətinin enməsilə əlaqədar olaraq Azərbaycanın gələn ilin dövlət büdcəsinin gəlir və xərclərinin azalması iqtisadi sferada həllini gözləyən bir sıra problemlərin qabardılmasına səbəb olub. Buna baxmayaraq, iqtisadçı millət vəkilləri növbəti ilin dövlət büdcəsinin peşəkarcasına hazırlandığı qənaəindədir.

Təyyarə qəzaya uğradı

8 Dekabr 2016 13:33

Fransanın İsveçrə ilə müştərək istifadə etdiyi Bazel-Mükyuz hava limanında bu səhər qəza baş verib. İki mühərrikli Pipper PA-34 tipi təyyarə eniş zamanı zolağa çırpılıb. Təyyarədəki iki nəfərin hadisə yerindəcə dünyasını dəyişdiyi bildilir. Hal – hazırda hava limanında uçuşların dayandırıldığı xəbəri yayılıb. Haval imanına gələn təyyarələr yaxınlıqdakı limanlara istiqamətləndilir. Qeyd edək ki, xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Bundan sonra Ulduzum abunəçiləri “Bank Silk Way”-in təqdim etdiyi endirimlərdən faydalana biləcəklər

8 Dekabr 2016 13:32

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum sadiqlik proqramının yeni tərəfdaşı “Bank Silk Way” bankını təqdim edir. Bundan sonra Ulduzum abunəçiləri pulsuz aviabiletlər əldə etmək imkanı yaradan Bank Silk Way Miles kartını aldıqları zaman 20% endirimdən faydalana biləcəklər. Kartı “Bank Silk Way”-in Bakı şəhəri, Həsən Əliyev küç. 131A ünvanında yerləşən baş ofisindən əldə etmək olar. Kartı aldıqda 20% endirim əldə etmək üçün Ulduzum Premium abunəçisi 5555 qısa nömrəsinə SMS-lə “*” göndərməklə aldığı 4 rəqəmli şifrəni təqdim etməlidir.