Millət vəkili: "İşsizlərə şərti də olsa, ünvanlı sosial yardım verilsin"

"Cəmiyyətin bir hissəsi var ki, onlar Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsini  səbirsizliklə gözləyirlər. Bu, da təbii haldır. Çünki onlar cəmiyyətin həssa təbəqələridir və dövlətin humanist siyasətinə daha çox ehtiyacları var”.SİA-nın xəbərinə görə bunu millət vəkili Rəfael  Cəbrayılov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il  büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirələri zamanı deyib.

"Cəmiyyətin bir hissəsi var ki, onlar Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsini  səbirsizliklə gözləyirlər. Bu, da təbii haldır. Çünki onlar cəmiyyətin həssa təbəqələridir və dövlətin humanist siyasətinə daha çox ehtiyacları var". Bunu millət vəkili Rəfael  Cəbrayılov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il  büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirələri zamanı deyib.

Sosial siyasətin ölkəmizdə əsas prioritet sahə olduğunu deyən millət vəkili işsizlikdən icbari sığortanın tez təsis edilməsini təklif edib.

Ünvanlı sosial yardımlarla bağlı fikirlərini bildirən R. Cəbrayılov bu sahədə böyük irəliləyişlərin olduğunu dilə gətirib: "Ölkəmizdə son illər ünvanlı sosial yardımlarla bağlı müsbət istiqamətdə dəyişikliklər var. Bildiyiniz kimi ölkədə ünvanlı sosial yardımların verilməsi üçün meyar 116 manat götürülüb və  bu yardım əmək qabiliyyətli insanlara verilmir. Bu düzgündür. Lakin işsizliklə bağlı problemləri nəzərə alsaq  çətin iqtisadi  dövrdə iş apa bilməyənlərə kömək etmək olar. Elə ailələri var onların evlərinə əmək haqqı qismində gəlir daxil olmur və onlar  iş tapa bilmirlər. Belə insanlara müvqəqqəti kömək etmək lazımdır. Şərti də olsa belə şəxslərə  ünvanlı sosial yardım verilə bilər".

Deputat əmək pensiyalarının hesablanması ilə bağlı bəzi bölgələrdə ciddi problemlərin də olduğunu vurğulayıb: "Pensiya alanlarla müvafiq qurumlar arasında  pensiyaların hesablanması ilə bağlı xoşəgəlməz hallar olur. Hətta bu problemlər məhkəmə çəkişmələrinə də  gətirib çıxarır. Bəzən insanlar məhkəmələrdə udsalar da, onların yerinə yetirilməsi ilə əlaqədar problemlər ortaya çıxır. Bu baxımdan düşünürəm ki, nazirlik bununla bağlı məsələləri ciddi nəzarət də saxlamalı və məhkəmə qərarlarının yerinə yetirilməsinə diqqət edilməlidir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31