“Hökumət yeni iqtisadi inkişaf modelinə keçməyin zəruri olduğunu çoxdan dərk edirdi”

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin iqtisadiyyata mənfi təsirlərini aradan qaldırmaq üçün əlavə tədbirlərin həyata keçirilməsi zərurəti yeni strateji yol xəritəsinin hazırlanmasını qaçılmaz etdi. Çünki yeni iqtisadi proseslərə uyğun milli iqtisadiyyatı qurmaq şərt idi. Beləliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman əsasında "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edildi. Birmənalı olaraq iqtisadçılar tərəfindən bu fərman yüksək qiymətləndirilir.

Pərviz Heydərov: "Qeyri-neft sektorunun inkişafı əslində, hələ illər öncədən prioritet seçilmişdi"

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin iqtisadiyyata mənfi təsirlərini aradan qaldırmaq üçün əlavə tədbirlərin həyata keçirilməsi zərurəti yeni strateji yol xəritəsinin hazırlanmasını qaçılmaz etdi. Çünki yeni iqtisadi proseslərə uyğun milli iqtisadiyyatı qurmaq şərt idi. Beləliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman əsasında "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" təsdiq edildi. Birmənalı olaraq iqtisadçılar tərəfindən bu fərman yüksək qiymətləndirilir.

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, dövlət başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı ölkəmizin yaranmış yeni iqtisadi situasiya ilə əlaqədar müvafiq çağırışlara əsasən qədəm qoyacağı və ya seçməli olduğu növbəti inkişaf modelinin bir növ bünövrə mexanizmini müəyyən etməklə, buna konkretlik gətirir: "Məlum olduğu kimi neftin dünya bazar qiymətlərinin əlverişsiz səviyyəyə enməsi, o cümlədən ölkəmizdə neft hasilatının ümumiyyətlə getdikcə azalmaqda olmasıyla əlaqədar olaraq, respublikamızın yeni iqtisadi inkişaf modelinə keçməsi zərurəti son 2 ildə daha çox həyacan siqnalı çalır. Bu səbəbdən də, artıq, başa çatmaqda olan bu ilin əvvəlindən sözügedən məsələ xüsusən, prioritet seçildi. Yəni, demək istədiyim budur ki, bəzilərinin söylədiklərinin əksinə olaraq, hökumət yeni iqtisadi inkişaf modelinə keçməyin zəruri olduğunu çoxdan dərk edirdi. Və qeyri-neft sektorunun inkişafı əslində, hələ illər öncədən prioritet seçilmişdi. Lakin, post neft dövrünün belə tez yetişəcəyi gözlənilmirdi. Hansı ki, bu, rəsmi surətdə də açıq etiraf edilmişdir. Belə ki, hökumət əsasən, 2020-ci ildən sonrakı dövrü hədəf götürürdü. Ancaq təəssüf ki, bir sıra qlobal siyasi səbəblər - intriqa və problemlər üzündən sözügedən vəziyyət tez yetişdi. Başqa sözlə desəm, hökumət post neft dövrü ilə gözlədiyindən 4-5 il tez üzləşdi. Xatırladım ki, bundan əvvəl Prezident tərəfiindən ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə 2016-cı il 16 mart tarixdə 1897 nömrəli Sərəncam imzalanmışdı ki, həmin sənəddə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri təsdiq edilmiş və həmin istiqamətlərə müvafiq olaraq da inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılmışdı... Məhz, həmin Sərəncama əsasən, sözügedən İşçi qrupu tərəfindən yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın özündə 2016-2020-ci illər üçün iqtisadi inkişaf

strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edən sayca 11 əsas sektoru üzrə strateji yol xəritələrinin layihələri hazırlanmışdı. Girişdə qeyd etdiyimiz Fərmanda da qeyd olunur ki, layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmışdır". Pərviz Heydərov qeyd edib ki, strateji yol xəritələri başda milli iqtisadiyyatın perspektivi üzrə olmaqla, 1-ci neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, 2-cü kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 3-cü kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, 4-cü ağır sənaye və maşınqayırmanın inkişafı, 5-cı ixtisaslaşmış turizm sənayesinin inkişafı, 6-ci logistika və ticarətin inkişafı, 7-ci uyğun qiymətə mənzil təminatının inkişafı, 8-ci peşə təhsili və təliminin inkişafı, 9-cu maliyyə xidmətlərinin inkişafı, 10-cu isə telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və ən nəhayət 11-cisi isə kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafından ibarət olmaqla hazırlanıb. Bu, o deməkdir ki, bundan sonra bütün atılacaq zəruri addımlar və tədbirlər, o cümlədən görüləcək işlər, imzalanacaq hər bir sənəd məhz qeyd olunan sahələr və istiqamətlər üzlə hazırlanmış strateji yol xəritələrinə uyğun olmalıdır və olacaqdır. Hesab edirəm ki, bu da hədəfə çatmaq üçün olduqca məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq. Qalır, sözügedən yolları addımlamaq işi".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31