Gündəm

Lavrov: "Qarabağ münaqişəsinin həllində əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır"

8 Dekabr 2016 14:34

"Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər çətin problemlərin həllində daha əvvəl əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır".

Zanyer: "Cənubi Qafqazda münaqişələrin həlli yolunu tapmaq üçün yeni yanaşmalara ehtiyac var"

8 Dekabr 2016 14:32

Cənubi Qafqazdakı münaqişələrin həlli münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Məlumata görə, bu sözləri ATƏT-in baş katibi Lamberto Zanyer qurumun Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.

Tramp prezident təyyarəsindən imtina etdi

8 Dekabr 2016 14:29

ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp dövlət başçısı üçün nəzərdə tutulmuş xüsusi təyyarənin - "Air Force One"ın inşası ilə bağlı Boeing korporasiyası ilə bağlanmış müqavilənin ləğvini tələb edib.

Azərbaycan Beynəlxalq Miqrasiya Təşkilatı ilə saziş imzalanyıb

8 Dekabr 2016 14:20

Cenevrədə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi”nin imzalanması mərasimi keçirilib.

“Azəravtoyol” texnikalarini hazir vəziyyətə gətirib

8 Dekabr 2016 14:17

Hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumat yayan Səhmdar Cəmiyyət bildirib ki, buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir.

Gələn ilin sosial xərcləri açıqlandı

8 Dekabr 2016 14:16

Gələn ilin sosial müdafiə və sosial sığorta xərcləri açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi"nin müzakirəsi zamanı həmim göstəricilər barədə məlumat verib.

Suriyada 6 türk hərbçi yaralandı

8 Dekabr 2016 14:14

Türkiyə Silahlı Qüvvələrinin "Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatında iştirak edən hərbçilərindən altısı Suriyanın Əl-Bab bölgəsində yaralanıb. Yaralı hərbçilər Türkiyənin Kilis şəhər dövlət xəstəxanasına yerləşdiriliblər.

Hökumətin həm yaxşı həm də pis işləyən üzvü var

8 Dekabr 2016 14:13

Milli Məclisin dekabrın 8-də keçirilən iclasında “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirlib. İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi dinlənilib. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildiri ki, gələn il ilk dəfə Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına vətəndaşlara işsizliyə görə veriləcək müavinətlərin artırılması gözlənilir.

Ermənilər bu dəfə Müslüm Maqomayevi hədəf seçdilər - SƏRSƏMLİYİN HƏDDİ YOXMUŞ

8 Dekabr 2016 14:11

"Dünyaca məşhur müğənni, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin erməni kökləri aşkarlanıb. Sovet estradasının ulduzu, milyonlarla insanın kumiri, sən demə, Çar Rusiyası dönəmində Vladiqafqaz hərbi dairəsinin rəisi, erməni İvan Xanjalovun nəticəsidir".

Türkiyə qırıcılarının terrorçuları məhv etmə anları - VİDEO

8 Dekabr 2016 14:10

Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində İŞİD mövqələrini atəşə tutub.

"Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına təkan verəcək" 

8 Dekabr 2016 14:07

"Azərbaycan Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman"ı milli iqtisadiyyatımızın inkişaf istiqamətlərinin müəyyən edilməsində vacib rol oynayır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, millət vəkili Kamran Nəbizadə deyib. 

Hündür ərazilərdə avtomobillərin sürüşmə ehtimalı artıb

8 Dekabr 2016 14:06

“Qarlı hava şəraiti ilə əlaqədar hazırda paytaxtın hündür ərazilərində avtomobillərin sürüşmə ehtimalı artıb. Xüsusilə, 3-cü kənar dairəvi yol üzrə avtomobillərin hərəkətində çətinlik yaranıb”. Bunu  açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Yol xəritəsinin imzalanması vaxtında atılan addımdır Səfir

8 Dekabr 2016 14:05

Azərbaycan Prezidenti tərəfindən Strateji Yol Xəritəsinin imzalanması vaxtında atılan addımdır". Bunu açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu məsələni çox diqqətlə izləyirlər: "Həmçinin, azərbaycanlı həmkarlarımızla müzakirələr aparırıq. Aİ tərəfindən deyə bilərəm ki, biz Azərbaycanın iqtisadi diversifikasiyasının dəstəkləyicisi olmaq istəyirik. İslahatlar və yol xəritələri buna gözəl əsas yaradır".

Ərazi məsələləri ilə mübahisələr qanun çərçivəsində həll olunacaq

8 Dekabr 2016 14:03

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik haqqında”qanun layihəsi müzakirə olunub.

Hadı Rəcəbli: "Pensiyalar artacaq"

8 Dekabr 2016 14:01

"Dövlət Sosial Müdafiə Fondunun büdcədən asılığı ilbəil azalır.Belə ki,  2012-ci ildə büdcədən transfert 42 faiz idisə, 2017-ci ildə  bu 37,4 faizdir".  Bunu  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  parlamentin plenar icasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il  büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirələri zamanı deyib.