“Azəravtoyol” texnikalarini hazir vəziyyətə gətirib

Hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumat yayan Səhmdar Cəmiyyət bildirib ki, buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir.

Hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat yayan Səhmdar Cəmiyyət bildirib ki, buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir. Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir. Bildirilib ki, hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlarla sürücülərimiz yola çıxmaları və ən əsası avtonəqliyyat vasitəsini yay şinləri ilə idarə edilməsidir. Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə ədarə olunan avtomobillərin hərəkətində hər-hansı problem yoxdur. Yollar buzlaşdıqda, qarla örtüldükdə  texnikalar yollara duz-qum qarışığı səpməyə, yolların qardan təmizləməsinə başlayacaqlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31