Hadı Rəcəbli: "Pensiyalar artacaq"

"Dövlət Sosial Müdafiə Fondunun büdcədən asılığı ilbəil azalır.Belə ki,  2012-ci ildə büdcədən transfert 42 faiz idisə, 2017-ci ildə  bu 37,4 faizdir".  Bunu  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  parlamentin plenar icasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il  büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir: "2017-ci ildə DSMF-nin 2017-ci ildə gəlirləri 3,4 mlrd. manat təşkil edəcək ki, bu da 2016-ci illə müqayisədə 100 mln. manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqqlarının artımı hesabına nəzərdə tutulub. Xərclərin 95%-ni əmək pensiyalarının ödənişi təşkil edəcək.  Bu da 2016-ci illə müqayisədə 7,7 faiz çoxdur".

H. Rəcəbli qeyd edib ki, ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiya alanların 1 mln. 320 min nəfər olacağı gözlənilir: "Buna baxmayaraq orta aylıq pensiya 8 faiz artırılaraq 203 manata çatıdırılacaq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31