Azərbaycan Beynəlxalq Miqrasiya Təşkilatı ilə saziş imzalanyıb

Cenevrədə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi”nin imzalanması mərasimi keçirilib.

Cenevrədə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi"nin imzalanması mərasimi keçirilib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə,  sazişi Azərbaycan tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və BMqT-nin baş direktoru Uilyam Leysi Svinq imzalayıblar. Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov imzalanma mərasimində iştirak edib. Sazişə əsasən icrasına başlanılacaq pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə dönmək arzusunda olan, sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların mənşə ölkələrinə uğurla qayıtmaları üçün əlverişli şərait yaradılmasından ibarətdir. 12 ay müddətinə davam edəcək layihə çərçivəsində maarifləndirmə, həmçinin yuxarıda qeyd olunan şəxslərə ölkəni tərk etməzdən əvvəl və tərk edərkən yardımın göstərilməsi kimi zəruri  tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31