Hökumətin həm yaxşı həm də pis işləyən üzvü var
Milli Məclisin dekabrın 8-də keçirilən iclasında “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirlib. İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi dinlənilib. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildiri ki, gələn il ilk dəfə Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına vətəndaşlara işsizliyə görə veriləcək müavinətlərin artırılması gözlənilir.
8 Dekabr 2016 14:13 SosialSiyavuş Novruzov: "Pis işləyən üzvünün adını çəkin və münasibətlərinizi də o cür qurun"
Milli Məclisin dekabrın 8-də keçirilən iclasında "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirlib. İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi dinlənilib. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildiri ki, gələn il ilk dəfə Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına vətəndaşlara işsizliyə görə veriləcək müavinətlərin artırılması gözlənilir. Onun sözlərinə görə, DSMF-nin ümumi məxaric məbləğinin bu maddəsinin 2015-ci ilə nisbətdə 3 dəfə çox olması gözlənilir. Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, gələn il üçün yaşayış minimumu 14% və ya 19% manat artırılır. "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir. Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu il üçün yaşayış minimumu 136 manat təşkil edir. Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Səliim Müslümov sənəd barədə məlumat verib. Bildirb ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 400,0 mln. manat proqnozlaşdırılır: "Fondun xərclərinin 37,4 faiz və ya 1 270,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6 faizi və ya 2130,0 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 mln. manat ayrılması nəzərdə tutulub. Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 2,5 faiz və yaxud 77,72 mln. manat artacaq". Müzakirələr zamanı millət vəkili Rafael Cəbrayılov bildirib ki, cəmiyyətin bir hissəsi var ki onlar Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsini səbirsizliklə gözləyirlər. Bu, da təbii haldır. Çünki onlar cəmiyyətin həssa təbəqələridir və dövlətin humanist siyasətinə daha çox ehtiyacları var: "Ölkəmizdə son illər ünvanlı sosial yardımlarla bağlı müsbət istiqamətdə dəyişikliklər var. Bildiyiniz kimi ölkədə ünvanlı sosial yardımların verilməsi üçün meyar 116 manat götürülüb və bu yardım əmək qabiliyyətli insanlara verilmir. Bu, düzgündür. Lakin işsizliklə bağlı problemləri nəzərə alsaq, çətin iqtisadi dövrdə iş tapa bilməyənlərə kömək etmək olar. Elə ailələr var ki, onların evlərinə əmək haqqı qismində gəlir daxil olmur və onlar iş tapa bilmirlər. Belə insanlara müvəqqəti kömək etmək lazımdır. Şərti də olsa belə şəxslərə ünvanlı sosial yardım verilə bilər". Deputat əmək pensiyalarının hesablanması ilə bağlı bəzi bölgələrdə ciddi problemlərin də olduğunu vurğulayıb: "Pensiya alanlarla müvafiq qurumlar arasında pensiyaların hesablanması ilə bağlı xoşəgəlməz hallar olur. Hətta bu problemlər məhkəmə çəkişmələrinə də gətirib çıxarır. Bəzən insanlar məhkəmələrdə udsalar da, onların yerinə yetirilməsi ilə əlaqədar problemlər ortaya çıxır. Bu baxımdan düşünürəm ki, nazirlik bununla bağlı məsələləri ciddi nəzarət də saxlamalı və məhkəmə qərarlarının yerinə yetirilməsinə diqqət edilməlidir". Deputat Qüdrət Həsənquliyev təklif edib ki, ehtiyac meyarının həddi yaşayış minimununa çatdırılsın: "Rayonlardakı market və mağazalarda insalarımızın borc dəftərləri yaranıb. Heç olmasa elə edək ki, insanlar kəndlərdəki borc dəftərlərini bağlasınlar".
O, bildirib ki, bəzi deputatlar ünvanlı sosial yardımların dayandırılması ilə bağlı təkliflər verməklə insanları qıcıqlandırır: "Burada ünvanlı sosial yardımların kəsilməsi ilə bağlı təkliflər verməklə insanları qıcıqlandırıb stress altında saxlayırıq. Rabitə Nazirliyində neqativ hallar aşkarlanıb və gəlin bu nazirliyə maliyyələşməni dayandıraq. Belə məntiq olmaz axı. Bu cür çıxışlarla, ünvanlı sosial yardımların dayandırılması ilə bağlı fikirlər səsləndirməklə insanlara mənfi psixoloji durumda qoyuruq. İş yerlərini itirən insanların işsizliyə görə müvainətləri məsələsinə ciddi yanaşmalıyıq. Deyirlər ki, hökuməti əvəllər tənqid edənlər niyə indi tərifıləyirlər? Mən nə zamansa hökumətin hansısa addımlarını müsbət hesab edib tərifləmişəm və nə zamansa hansısa addımlarını mənfi hesab edib tənqid etmişəm. Burda nə var ki? Belə məntiqlə məsələyə yanaşmaq düzgün deyil". Deputat Siyavuş Novruzov bildidir ki, Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm pensiyaların hesablanması, həm də ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirilib: "Əvvəllər ünvanlı sosial yardım alanlarla bağlı siyahı ortaya çıxmırdı, lakin bu məsələlərin eleketronlaşması istənilən şəxsə bu siyahını əldə etmək imkanı yaradıb. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik. Bütün sahələrdən fərqli olaraq sosial sahədə artımlar göz qabağındadır". S. Novruzov çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyevin tənqid və təklifləri ilə bağlı münasibətini bildirib.Deputatın sözlərinə görə tənqidin və təklifin fəlsəfəsinə baxsaq görərik ki, müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir: "Çünki iqtidar hökumətin nümayəndəsidir, ona dəstəkdir. Amma tənqidin də forması olmalıdır. Misal üçün hökuməti tənqid edirsiniz, lakin burada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu müdafiə edirsiz. Nəzərə alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür. Bu baxımdan tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi. Belə olan halda, hər kəs düşünür ki, bu tənqidin ona aiddiyatı yoxdur və yaxud bəzi həmkarlarımız çıxanda hökumət üzvlərinə bildirir ki, mən səni nəzərdə tutmurdum. Ona görə də söz konktret ünvana deyilməli və həmin şəxs tənqid edilməlidir ki, işindən nəticə çıxarsın. Bu gün hər kəs Dövlət Sosial Müdafiə Fondu haqqında fikirlərini bildirirsə, kənd təsərrüfatı və ya digər sahələrlə bağlı fikirlərini konkret səsləndirməlidir. Çünki hökumətin həm yaxşı həm də pis işləyən üzvü var. Pis işləyən üzvünün adını çəkin və münasibətlərinizi də o cür qurun". Deputat Bəxtiyar Əliyev qeyd edib ki, bəzən hökumət qurumları belə bir fikir səsələndirir ki, "iş yerləri var, amma işləmək istəyən yoxdur. Lakin təklif olunan həmin iş yerlərində maaşlar hətta minimum yaşayış həddindən də aşağıdır. Onun sözlərinə görə, ona görə də aidiyyatı dövlət qurumlarının iş yerlərinin olması və işləmək istəmirlər barədə deyilən fikirlərir həqiqətə uyğun deyil: "Demək ki, "iş yeri var, amma işləmək istəmirlər" ifadəsi düz deyil. Axı bu maaşa dolanmaq olmaz. Ona görə də hökumət bu məsələyə diqqətlə yanaşmalıdır. İş yeri və oradakı əməkhaqqı məsələsinə baxsınlar. İş yerləri bağlananda nədənsə ilk növbədə ixtisara düşənlər əlillər və məcburi köçkünlər olurlar. Bizə bu barədə şikayət ərizləri daxil olur. Biz isə müvafiq qurumlara bununla bağlı müraciət edəndə deyirlər ki, gələcəkdə bunu nəzərə alacağıq". Deputat deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriylyi bu məsələ ilə bağlı müəyyən araşdırma aparıb, iş yerləri və oradakı maaşla bağlı hökumətə təklif verə bilər. Xatırladaq ki, qanun layihəsi on gün müddətində təkliflərə baxılması üçün hökumətə göndərilib.
Alim