Gündəm
Hansı müğənnilər toya dollarla gedir?
Millət vəkili Çingiz Qənizadə Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra müğənnilərin toylara dollarla getməsi məsələsini gündəmə gətirib. Çıxışında "qara bazar" probleminə toxunan deputat sənətçilərin məclislərə dollarla getməsinə etiraz edib:
Keçmiş baş nazirdən XƏBƏRDARLIQ - Avro çökür
Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Avropanın vahid valyutası avronun çökməsindən ehtiyat edir. Bu barədə keçmiş nazir İndiana ştatında DePo Universitetinin tələbələri ilə görüşü zaman deyib.
BBMM-in aparat rəhbəri Cenevrədə görüş keçirib
Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə İsveçrədə görüş keçirilib. BBMM-in aparat rəhbəri, professor Aytən Qəhrəman UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE) rəhbəri Mmantsetsa Maropenin görüşü zamanı Azərbaycan və UNESCO İBE arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri, multikultural dəyərlərin, tolerant ənənələrin təşviqi və təbliği ilə bağlı birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
BANM Türkiyə şirkəti ilə müqavilə imzalayıb
Bakı Ali Neft Məktəbində Türkiyənin BIOLAB şirkətinin təşəbbüsü ilə “İstifadədə olan yağ analizi ilə avadanlıqların proqnozlaşdırılmış texniki baxım üsulları” mövzusunda seminar keçirilib.
YAP-a yeni qəbul olunmuş təhsil işçiləri ilə görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsində Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş əməkdaşlarla görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Ümumi sektorun müdiri Sevinc Rəsulova və İnformasiya Təminatı sektorunun müdiri İlhamə Abdullayeva iştirak ediblər.
İstedadlı gənclər mükafatlandırılacaq
Dekabrın 10-da "İstedadların hazırlığı laboratoriyası" IV Respublika final turu nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
2016-cı ildə Azərbaycan kimləri itirdi? - SİYAHI
2016-cı ildə sənət aləmində bir çox tanınmışlar dünyasını dəyişdi.
“Yeni il nağılı”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün ənənəsinə sadiq qalaraq qarşıdakı yeni il tətilini də daimi tamaşaçıları üçün yaddaqalan və maraqlı etməyə çalışıb. Belə ki, balacalar üçün yeni və fərqli səhnə işləri hazırlayan teatrın yaradıcı heyəti bu dəfə onlara unudulmaz “Yeni il nağılı” vəd edir.
Ermənistan hər zaman AŞPA çərçivəsində görüşdən boyun qaçırıb
"Azərbaycan tərəfi çoxdan AŞPA çərçivəsində erməni nümayəndə heyəti ilə görüşə hazırlığını ifadə edib, lakin Ermənistan hər zaman bundan boyun qaçırıb". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov qurumun tərəflərin görüşünün keçirilməsi barədə təklifini şərh edərkən deyib:
230 min sakin qaranlıqda qalıb
Rusiyanın cənubunda 230 min sakin elektrik enerjisiz qalıb. Bu haqda ölkənin Energetika Nazirliyi məlumat yayıb. İnformasiyaya görə, buna əlverişsiz hava şəraiti səbəb olub.
Bakıda alçanın qiyməti fantastik həddə çatdı
"Facebook"da paylaşılan bu şəkil müzakirə mövzusuna çevrilsə də, bizdə təəccüb doğurmayıb. Çünki qış aylarında Bakı marketlərində alçanın baha qiymətə satılması adi hala çevrilib. Doğrudur, bu il satıcılar bir qədər həddi aşıblar. Fotoda da göründüyü kimi, marketdə 20 manata yalnız iki meyvə təklif edilir. Bu, alıcıları ələ salmağa bənzəyir.
Qahirədə törədilən partlayışda 6 polis ölüb
Misirin paytaxtı Qahirə şəhərində partlayış törədilib.
ATƏT təmas xəttində atəşkəsin pozulması hallarının araşdırılması sistemi üzərində işləyir
"ATƏT Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində insidentlərin və atəşkəsin pozulması hallarının araşdırılması sistemi üzərində işləyir".
İqtisadi problemlərin həlli sosial çatışmazlıqları yox edir
Azərbaycan cəmiyyətində mövcud olan çatışmazlıqların kompleks həlli çoxsaylı problemlərin aradan qaldırılması ilə nəticələnə bilər. Hətta iqtisadiyyat sahəsindəki xırda görünən nöqsanların aradan qaldırılması ilə həm iqtisadi inkişafı təmin etmək, həm də çoxsaylı sosial problemlərə son qoymaq olar. Millət vəkili Elmira Axundova deyir ki, buna nail olmaq üçün ən azından hər gün müşahidə edilən məslələrə diqqət yetrilməli və onların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Deputat konkret misallar çəkir: “Son müddət ərzində ölkədə ərzağın qiyməti 25-30 faiz artıb. Bu müddətdə insanların gəlirləri yaxşı halda 10-15 faiz artıb. Hesab eirəm ki, bu uyğunsuzluğu aradan qaldırmaq hökumətin əsas vəzifələrindən biridir.
Müdafiə sənayesinin inkişafı vacib şərtdir
Gələn ilin dövlət büdcəsinin müzakirəsi ölkədə hələ də həllini gözləyən problemlərin mövcudluğunu üzə çıxardı. Xüsusən, əhalinin məşğuluğu və regionların sosial-iqtisadi inkişaf məsələlərindəki çatışmazlıqlar düşünməyə əsas verdi. Məlum oldu ki, ölkədə işsizliyin minimuma endirilməsi məqsədilə bölgələrdə inşa edilən yeni obyektlərin sayının nə qədər artmasına baxmayaraq hələ də əhalinin məşğulluq məsələsi tam həllini tapmayıb. Ancaq məsələ orasındadır ki, sözügedən problemin aradan qaldırılması üçün kifayət qədər imkanlar mövcuddur. Sadəcə adi vətəndaşdan tutmuş məmuruna, sahibkarına qədər hər bir vətəndaşın üzərinə düşən öhdəliyin layiqincə yerinə yetirilməsinə ehtiyac var.














