230 min sakin qaranlıqda qalıb
Rusiyanın cənubunda 230 min sakin elektrik enerjisiz qalıb. Bu haqda ölkənin Energetika Nazirliyi məlumat yayıb. İnformasiyaya görə, buna əlverişsiz hava şəraiti səbəb olub.
9 Dekabr 2016 14:06 DünyaRusiyanın cənubunda 230 min sakin elektrik enerjisiz qalıb. Bu haqda ölkənin Energetika Nazirliyi məlumat yayıb. İnformasiyaya görə, buna əlverişsiz hava şəraiti səbəb olub.
Volqoqrad vilayətinin 8 yaşayış məntəqəsi, Rostov vilayətinin mərkəzi Rostov-Don şəhəri də daxil olmaqla 170 yaşayış məntəqəsinə, habelə Krasnodar diyarının 4 rayonuna və Adıgey Respublikasına elektrik enerjisinin verilməsi kəslib.
Rusiya Energetika Nazirliyinin yerli qurumları yaranmış böhranı aradan qaldırmağa çalışır. virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31