Gündəm

20 müəllimin işdən çıxarılması haqda xəbərə REAKSİYA

9 Dekabr 2016 15:18

"Qafqaz Universiteti 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

2017-ci ildə GUAM-da sədrlik Gürcüstana keçir

9 Dekabr 2016 15:12

2017-ci ildə GUAM təşkilatına sədrlik Gürcüstana keçir. Bu barədə qərar GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında qəbul edilib. Toplantı Hamburqda ATƏT XİNŞ iclası çərçivəsində keçirilib. GUAM-ın XİNŞ iclası 2016-cı ildə qurumun yekun iclası olub. İclasda Azərbaycanın 2016-cı ildə GUAM sədrliyinin yekunları müzakirə olunub.

Türkiyə Suriyada mühüm ərazini azad etdi

9 Dekabr 2016 15:10

Fərat Qalxanı Hərəkatı çərçivəsində Türkiyə ordusu Suriyada Zarzur bölgəsini və Əl-Bab-Mümbiç magistralını azad edib.  Bununla bağlı Türkiyə Silahlı Qüvvələri məlumat verib. Bildirilib ki, hazırda bu ərazi Azad Suriya Ordusunun nəzarətindədir.  Döyüşlər zamanı terrorçulara məxsus 10 sığınacaq məhv edilib. Teleqraf.com

Eks-prezidentin SSRİ xəyalı

9 Dekabr 2016 15:08

Eks-prezident Ayaz Mütəllibov son bir neçə ayda yerli mətbuata verdiyi müsahibədə müəyyən açıqlamalarla çıxış edib ki, bu da siyasi çevrələrdə birmənalı qarşılanmayıb. Bir müddət əvvəl verdiyi müsahibədə onu vaxtı ilə hakimiyyətdən devrilən AXC-Müsavat hakimiyyətini tənqid edən Ayaz Mütəllibov bu günlərdə yenidən müsahibə verdiyi yerli xəbər saytlarından birində keçmiş xatirələrini dilə gətirib.

Quberniya idarə üsulu Azərbaycana nə verə bilər?

9 Dekabr 2016 15:07

Uzun müddətdir ki, Azərbaycanda quberniyaların yaradılması məsələsə gündəmi zəbt etməkdədir. Lakin təxminən on ildən bəri səslənən fikir elə təklif olaraq qalıb. Təklif müəllifləri hesab edirlər ki, ölkədə quberniyaların yaradılması həm idarəetmə, həm də iqtiadi asılılıq baxımından sərfəlidir. Yəni, ayrı-ayrı bölgələrə siyasi, iqtisadi azadlıq verməklə çevik idarəetmə mexanizmi yaradılır. Məlumat üçün qeyd edək ki, artıq bir sıra ölkələrdə artıq bi idarəçilik metoduna çoxdan keçilib. Ancaq, etiraf edək ki, hələlik bizdə bu təkifə olduqca ehtiyatla yanaşılır. Maraqlıdır, quberniya üsul-idarəsinni yaradılması Azərbaycana nə verəcək?

Havaların soyuması küçə uşaqlarının vəziyyətini çətinləşdirib

9 Dekabr 2016 15:05

Havaların soyuması baxımsız küçə uşaqları üçün çətinliklər yaratmışdır. Bu barədə Günərzi ”İşıqlı Ev” Küçə Uşaqları Mərkəzindən “Olaylar”a verilən məlumata görə, baxımsız uşaqlar evsiz uşaqlardır ki, evdən kənar yaşayır, onların qayğısına qalan ailələri və yaxın insanları yoxdur. Bu uşaqlar muvəqqəti sığınacaqlarda və münasib olmayan yerlərdə yaşayır və havaların şaxtalı və soyuq keçməsi bir çoxlarının sonu ola bilər: “Azərbaycanda dövlətimiz tərəfindən belə uşaqlara qayğı göstərilsə də, hələ Bakı küçələrində bu qayğıdan kənar qalan uşaqlar çoxdur.

Prezidentin maşını qəza törətdi

9 Dekabr 2016 15:03

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın karteci qəza törədib. Qəzaa da bir nəfər yaralanıb.

Survivorda surpriz şəxs

9 Dekabr 2016 15:00

Türkiyənin məşhur realiti – şou proqramı olan Survivor 2017  - ci ildə iştirak edəcək məşhur adları açıqlayıb. “Cocuklar duymasın” serialından Havuc obrazı ilə məşhur olan Furkan Kızılaydan sonra Survivorda 2017 – ci ildə Beşiktaşın əfsanəvi futbolçularından olan İlhan Mansızın da yer aldığı xəbəri təsdiqlənib.

“Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq

9 Dekabr 2016 14:58

Azərbaycan Dövlət Musiqili Teatrında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar R. Mirişlinin “Qısqanc ürəklər” iki hissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunacaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşanın 100-cü nümayişi 10 dekabr tarixində saat 19.00-da baş tutacaq. “Qısqanc ürəklər” komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 22 dekabr 2006-cı ildə keçirilib.

Hamburqda “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edildi

9 Dekabr 2016 14:55

Dekabrın 7 və 8-də ATƏT PA-nın Humburqda keçirilən Büro iclasında “Ermənistan-Azərbaycan Sülh Platforması”  müzakirə edilib. Bu barədə “Eurasia Diary” beynəlxalq informasiya portalının Hamburqa ezam olunmuş müxbiri Ayaz Mirzəyev xəbər verir.

Böhranda pul qazanmağın qızıl şərtləri

9 Dekabr 2016 14:48

Bütün dünyanı bürüyən böhranda hər kəsi düşündürən sual gəlirlərini necə bölüşdürmək, əlavə vəsait itirməməkdir. Nəzərə alsaq ki, iqtisadi böhran bir ölkənin iqtisadiyyatındakı neqativ dəyişiklikləri əks etdirir, bu proses varlıdan tutmuş, orta təbəqəyə qədər hər kəsə təsir edir. İtirənlər də olur, qazananlar da. Böhranda əlavə vəsait itirməmək, gəlirləri düzgün bölüşdürmək və ya necə pul qazanmaq olar? Publika.azsualın cavabını araşdırmağa çalışıb.

"Avropa Liqasını başıuca tərk etdik"

9 Dekabr 2016 14:40

"Rəqibimiz enerjili, istəkli komanda idi. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq".

Sərkisyan danışıqlar masasını yox, səngəri seçir

9 Dekabr 2016 14:39

ATƏT xarici işlər nazirləri Şurasının Almaniyanın Hamburq şəhərində keçirilən illik toplantısı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmadı. Bu, əlbəttə ki, münaqişənin danışıqlar yoluyla nizamlanması baxımından nəsə böyük itki deyil. Onsuz da xarici işlər nazirlərinin görüşləri formal əhəmiyyət kəsb edir, ATƏT xarici işlər nazirləri Şurasının illik toplantıları çərçivəsində münaqişə tərəflərinin bir araya gəlməsi isə illərdir formal əhəmiyyət daşısa belə, ənənəvi olaraq baş tuturdu. İndi isə Ermənistan bu görüşdən imtina edib.

10 minə yaxın şəxsdə talassemiya daşıyıcılığı aşkarlanıb

9 Dekabr 2016 14:37

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin noyabr ayının sonuna qədər müayinədən 219 256 nəfər keçib.

Onlarla adama cəzalanacaqları xəbərdarlığını vermişdim

9 Dekabr 2016 14:34

“Əslində “reket jurnalistikası” ilə məşğul olan belə "mətbu orqan"ların aci aqibətlə üzləşəcəyi gözlənilən idi. Onlara Mətbuat Şurası səviyyəsində dəfələrlə xəbərdarlıq olundu. Barələrində Şuraya daxil olan şikayətlər əsasında ciddi araşdırmalar aparılaraq, adları qara siyahıya salındı”. Bunu  Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.