2017-ci ildə GUAM-da sədrlik Gürcüstana keçir
2017-ci ildə GUAM təşkilatına sədrlik Gürcüstana keçir. Bu barədə qərar GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında qəbul edilib. Toplantı Hamburqda ATƏT XİNŞ iclası çərçivəsində keçirilib. GUAM-ın XİNŞ iclası 2016-cı ildə qurumun yekun iclası olub. İclasda Azərbaycanın 2016-cı ildə GUAM sədrliyinin yekunları müzakirə olunub.
9 Dekabr 2016 15:12 Siyasət2017-ci ildə GUAM təşkilatına sədrlik Gürcüstana keçir. Bu barədə qərar GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında qəbul edilib. Toplantı Hamburqda ATƏT XİNŞ iclası çərçivəsində keçirilib. GUAM-ın XİNŞ iclası 2016-cı ildə qurumun yekun iclası olub. İclasda Azərbaycanın 2016-cı ildə GUAM sədrliyinin yekunları müzakirə olunub.
Qeyd edək ki, GUAM formatı 1997-ci ildə yaradılıb. Hazırda qurum "GUAM+ABŞ" və "GUAM+Yaponiya" formatlarında Vaşinqton və Tokio ilə sıx əməkdaşlıq edir. Trend.az