20 müəllimin işdən çıxarılması haqda xəbərə REAKSİYA
"Qafqaz Universiteti 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
9 Dekabr 2016 15:18 SosialUniversitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev azvision.az-a açıqlamasında bu məlumatların yalnış olduğunu bildirib.
"Yayılan məlumatda 20-yə yaxın müəllimin adı yazılıb. Bu məlumat tamamilə yanlışdır. Adları çəkilən müəllimlər hazırda universitetimizdə işləyirlər. Onlar işdən çıxarılmayıblar".
Rəcəb Rzayev qeyd edib ki, universitetdən yalnız 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb.
Qeyd edək ki, mətbuatda Qafqaz Universitetində ciddi ixtisarların aparılması haqda məlumat yayılıb. Bildirilib ki, son günlər 20-yə yaxın müəllim işdən çıxarılıb. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31