Gündəm
Səlim Müslümov 7 rayonun sakinləri ilə görüşüb
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Zərdab rayonunda bu rayonun və Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Yaxın Şərq-Cənubi Qafqaz: təxribatçılar və onlara qarşı duran güclər
Suriya və İraqda vəziyyətin daha da mürəkkəbləşməsi Yaxın Şərq ətrafındakı regionlarda da təhlükəsizlik məsələsini xeyli aktuallaşdırır.
Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçıdan xəbər var
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları 2014-cü ilin dekabr ayında Ağdam rayonunda saxlanılmış erməni hərbçiyə baş çəkiblər. BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, başçəkmə bir neçə gün əvvəl gerçəkləşib. Hərbi əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.
KIVDF müsabiqə elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə
ABŞ-da prezident seçkisinə 887 milyon dollar xərclənib
ABŞ-ın seçki üzrə federal komissiyası prezidentliyə namizədlərin seçkiqabağı fondları ilə bağlı məlumatı açıqlayıb. Məlum olub ki, yeni seçilən prezident Donald Tramp seçki kampaniyasına 322 milyon dollar sərf edib. Bunun 66 milyonu milyarderin öz puludur. Məğlub olan keçmiş dövlət katibi Hillar Klintonun seçki kampaniyasında xərclədiyi pul isə 565 milyon dollara çatıb. ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Modern.az
Ermənistanda 204 min əlil var
2016-cı il dekabrın 1-nə Ermənistanda 204770 əlil qeydiyyata alınıb. Bunun 8147-si uşaqdır. Bu haqda əmək və sosial məsələlər nazirliyinin tibbi-sosial ekspertiza agentliyinin rəisi Armen Soqoyan məlumat verib.
Azərbaycanlı qadınları Türkiyədə satan sabiq məhkuma ağır cəza
Azərbaycan qadınlarını Türkiyədə işə düzəltmək adı ilə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Elvira Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Səlim Müslümov: “...onda ünvanlı sosial yardım həmişəlik dayandırılacaq”
Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Azərbaycanda ünvanlı sosial yardımların dayandırılması ilə bağlı Milli Məclisin bəzi deputatlarının təklif və fikirlərinə münasibət bildirib.
“Sosial şəbəkələrdə yalan epidemiyası yayılır” - Hillari Klinton
“İndi aydın olur ki, saxta, yalan xəbərlər bizi əhatə edən dünyada real nəticələrə gətirib çıxarır. Söhbət təkcə siyasətdən getmir, adi insanların həyatı da risk altındadır”.
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli daha əvvəl əldə olunmuş prinsiplərə əsaslanmalıdır
ATƏT-in Minsk qrupu formatında daha əvvəl razılaşdırılmış prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərin davam etdirilməsi məsələsində tam yekdillik var.
Gələn il İslam Həmrəyliyi Oyunları ilə bağlı imtahanların vaxtı dəyişdiriləcək
Gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar imtahanların vaxtında dəyişikliklər ediləcək. APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadə deyib ki, bu məsələ hazırda müzakirə olunur və sonda vəziyyəti nəzərə alaraq müvafiq qərar veriləcək: “May ayında Bakıda müəyyən imtahanlar, hətta sınaq imtahanları keçirilməyəcək. İslam Həmrəylik Oyunları ilə əlaqədar may ayında Bakıda sınaq imtahanı keçirə bilməyəcəyik. Magistratura və rezidenturanın II mərhələsi ilə bağlı imtahanların vaxtı da müzakirə olunur. Məktəblərdə dərslər iyunun 14-də başa çatacağı üçün buraxılış imtahanları da həmin vaxtdan sonra təşkil olunacaq".
Yol polisi qış mövsümündə avtobuslarla səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi qış mövsümü ilə əlaqədar ayrı-ayrı regionlara avtobuslarla səyahət təşkil edən hüquqi və fiziki şəxslərə mürciət edib.
İlham Əliyev qayda-qanun yaratmaq üçün 15 gün vaxt verdi
Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib. Bu barədə millət vəkili Vahid Əhmədov bildirib. Deputatın sözlərinə görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib: “Şura çox çevik şəkildə həmin tədbirlər planı üzərində işləyir və bu günlərdə dövlət başçısına təqdim olunacaq”.
Netanyahu Bakıya 30 nəfərlə gələcək, biri nazirdir...
İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya gələn həftə baş tutacaq tarixi səfərinin bəzi detalları məlum olub.
Azərbaycanda əmək pensiyası ilə bağlı təklifin bəzi detalları açıqlanıb
"Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə staj müddəti məsələsi bir təklifdir. Bununla bağlı sadəcə müzakirələr aparılır. Ona görə də bu barədə hələ ki, dəqiq söz demək tezdir".














