Gündəm
Nazirlik hüquqi və fiziki şəxslərinə qrant verə biləcək
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, fərmana əsasən, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na 7-1-ci hissə əlavə olunmaqla, Kənd Təsərrüfatı Nazirliyinin adı artırılıb.
23800 ədəd siqaret aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn 3 nəfər, Azərbaycan Respublikası vətəndaşları özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 23800 ədəd “Manchester” markalı siqaretlər aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.
Qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə zərgərlik məmulatının ölkə ərazisindən qanunsuz yolla aparılması barədə daxil olan məlumata əsasən, Bakı-Tel-Əviv aviareysilə getmək istəyən İsrail Dövlətinin vətəndaşı təyyarəyə minərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Konmitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın sinəsində yerləşdirdiyi kiçikhəcmli 4 ədəd polietilen paketlərdən 1 ədəd qolbaq, 1 ədəd üzük-sırğa cütü dəsti və 6 cüt sırğa aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən zərgərlik məmulatı kustar və zavod üsulu ilə istehsal olunub, 583, 585 və 750 əyarlı qızıldan hazırlanmış zinət əşyalarıdır və onların ümumi çəkisi 81,33 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.
Region gəncləri vətənpərvər ruhda tərbiyə olunur
Yerlərdə gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində müntəzəm olaraq tədbirlər həyata keçirilir. Respublikanın hər bir şəhər və rayonunda reallaşdırılan bu kimi tədbirlər müntəzəm olaraq Şəmkir rayonunda da təşkil olunur. Bu günlərdə ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə 22 il öncə cəbhəyə yola salınan, Murovdağdakı "N" saylı hərbi hissənin bir qrup döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısının dövlət müstəqilliyimizin 25 illik yubileyi ərəfəsində müqəddəs dövlətçilik rəmzlərimizdən olan Azərbaycan Respublikası Dövlət himninin müəllifləri - böyük bəstəkar Üzeyir Hacıbəylinin və şair Əhməd Cavadın xatirəsini anması da belə tədbirlərdəndir.
Badamdarda qanunsuz fəaliyyət göstərən dini icma aşkar edilib
Deklabrın 8-də Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələrinin birgə keçirdikləri tədbir nəticəsində Neftçilər küçəsi, 3 ünvanında yerləşən, Bakı şəhər sakini Seyid Asin Ərəş oğluna məxsus qeyri-yaşayış sahəsində "Dini etiqad azadlığı haqqında" qanunun tələblərinə riayət olunmadan Badamdar qəsəbə dini icmasının fəaliyyət göstərməsi aşkar edilmişdir. DİN-dən verilən məlumata görə, baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yayılmasına razılıq verilməyən 59 ədəd dini ədəbiyyat, 19 ədəd videokaset, 27 ədəd DVD, 80 ədəd CD, 2 ədəd kompyuter prosessoru, xurafat elementi olan 6 ədəd zəncir və digər əşyalar aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
Sabunçuda ölümlə nəticələnən avtoqəza baş verib
Dekabrın 9-da saat 01 radələrində Sabunçu qəsəbəsi ərazisində Sabirabad rayon sakini İsaq Ağazadə idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini İsmayıl Səmədovu vurub. DİN-dən verilən məlumata görə, İ.Səmədov xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Turizmlə bağlı yeni qurumlar yaradılacaq
Azərbaycanda dövlət tərəfindən turizm sahəsində elmi tədqiqatların aparılması üçün qurumlar təsis ediləcək. Milli Məclisdən verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub. Layihəyə görə, dövlət turizm sahəsində elmi tədqiqatların aparılması üçün şəxslər müvəkkil edəcək. Dövlət, eyni zamanda qeyri-dövlət qurumları tərəfindən həyata keçirilən bu cür fəaliyyətə məlumatlandırıcı, maddi-texniki yardım göstərəcək.
Kabel oğrusu yaxalanıb
Noyabrın 23-də Azərbaycan Dəmir Yolları QSC-yə məxsus yoldəyişən qurğudan 40 metr elektrik kabeli oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Natiq Əliyev tutulub.
Qoyun oğrusu saxlanıb
Dekabrın 4-də rayon sakinləri Şahbəndər Mirzəyevin və Aladdin Aybazovun həyətlərindən 55 baş qoyun oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Şamaxı rayon sakini Yolçu Qəhrəmanov tutulub.
Keçmiş məhkumda silah və tiryək açkar edilib
Şəki sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Əhmədovdan 1,327 qram tiryək götürülüb. Onun "VAZ-21214" markalı avtomobilinə baxış zamanı oradan 2 kiloqram 325 qram marixuana, "Makarov" markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Gəncə sakinini qətlə yetirən tutulub
Dekabrın 7-də Gəncə şəhər sakini Səadət Verdiyeva bıçaqla qətlə yetirilib. DİN-dən verilən məlumata görə, Gəncə şəhər polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yetirməkdə qətldə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Famil Məmmədov tutulub. Araşdırma aparılır.
Cahangir Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərləri barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
“Reket” jurnalistlərlə bağlı məsələ dövlət orqanlarının araşdıracağı işdir
"Tutulan şəxslərin "reket"liklə məşğul olması sübut olunubsa, deməli, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının əməliyyat keçirməsi doğru addımdır". Bunu açıqlamasında Azərbaycan Nəşriyyatının direktor müavini Rauf Cəfərov deyib. O qeyd edib ki, "reket" jurnalistlərlə bağlı məsələ dövlət orqanlarının araşdıracağı işdir: "Kimisə şantaj ediblərsə, onların məsuliyyətə cəlb edilməsi doğru addımdır. Onlarla münasibətim olmayıb, tanlışlığım da yoxdur".
Təqsirləndirilən: "Vidadi Zeynalova hər ay 500 min manat verilirdi" - "RABİTƏ İŞİ" - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Bakıda 24 saat işləyən valyutadəyişmə terminalları quraşdırılacaq
"Silkway Bank" ASC ticarət və xidmət müəssisələrində avtomatik valyutadəyişmə terminallarının yerləşdirilməsini planlaşdırır. Artıq ilk terminal bankın baş ofisində quraşdırılıb, istifadəyə verilib.














