Qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə zərgərlik məmulatının ölkə ərazisindən qanunsuz yolla aparılması barədə daxil olan məlumata əsasən, Bakı-Tel-Əviv aviareysilə getmək istəyən İsrail Dövlətinin vətəndaşı təyyarəyə minərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Konmitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın sinəsində yerləşdirdiyi kiçikhəcmli 4 ədəd polietilen paketlərdən 1 ədəd qolbaq, 1 ədəd üzük-sırğa cütü dəsti və 6 cüt sırğa aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən zərgərlik məmulatı kustar və zavod üsulu ilə istehsal olunub, 583, 585 və 750 əyarlı qızıldan hazırlanmış zinət əşyalarıdır və onların ümumi çəkisi 81,33 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə zərgərlik məmulatının ölkə ərazisindən qanunsuz yolla aparılması barədə daxil olan məlumata əsasən, Bakı-Tel-Əviv aviareysilə getmək istəyən İsrail Dövlətinin vətəndaşı təyyarəyə minərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Konmitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın sinəsində yerləşdirdiyi kiçikhəcmli 4 ədəd polietilen paketlərdən 1 ədəd qolbaq, 1 ədəd üzük-sırğa cütü dəsti və 6 cüt sırğa aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən zərgərlik məmulatı kustar və zavod üsulu ilə istehsal olunub, 583, 585 və 750 əyarlı qızıldan hazırlanmış zinət əşyalarıdır və onların ümumi çəkisi 81,33 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31