Gündəm
HDP-çi deputatdan şok AÇIQLAMA
"Melkonyanın abidəsinin sökülməsinə icazə verməyəcəyik" Türkiyə Böyük Millət Məclisinin Tunceli bölgəsindən seçilmiş kürd əsilli deputatı, PKK-ya dəstəyi ilə tanınan Xalqların Demokratika Partiyasının (HDP) üzvü Alican Önlü Tuncelinin Aşağıdoluca kəndində ASALA terrorçularına abidə qoyulması barədə yayılan məlumatlara münasibət bildirib.
Gələn il Azərbaycanda təbii qazın orta maya dəyəri 122 manat/1000 kubmetr səviyyəsində proqnozlaşdırılır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft-Qaz Çıxarma İdarələri üzrə 2015-ci ildə 1 000 kubmetr qazın hasilat xərci 45,42 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi isə 56,48 manat/1 000 kubmetr təşkil edib.
Müdafiə naziri Macarıstan səfiri ilə görüşüb
Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tərəflər 2017-ci ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı təmsilçiliyinin Rumıniyanın ölkəmizdəki səfirliyindən Macarıstanın Bakıdakı səfirliyinə keçməsini və gələcək fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər.
Azərbaycan 10-cu “Travel Turkey” İzmir sərgisində iştirak edir
Türkiyənin İzmir şəhərində 10-cu “Travel Turkey” İzmir yubiley sərgisi öz işinə başlayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərinə görə, sərgidə ölkəmiz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndə heyəti ilə təmsil olunur.
Dünyanın nüfuzlu siyasi və dövlət xadimləri Qəbələyə gəlir
Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantı öz işinə başlayır.
Müəllim və valideynlərin müraciəti dinlənilib
Dekabrın 9-da Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olan məlumata görə,Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Paytaxdakı 311 nömrəli tam orta məktəbdə təşkil olunmuş qəbulda vətəndaşlar təhsil müəssisələrinin təmiri, akt zalının genişləndirilməsi, istilik sisteminin yenidən qurulması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
"Polşada Azərbaycan Qəhrəmanları" adlı kitabça nəşr edilib
Polşada Azərbaycanlı Gənclər Şurasının dəstəyi ilə "Polşada Azərbaycan Qəhrəmanları" adlı kitabça nəşr edilib. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, kitabçada iki azərbaycanlı qəhrəman haqqında məlumat verilib. İngilis dilində nəşr olunan kitabça 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusu və 1923–1945-ci illərdə Polşa ordusu sıralarında xidmət etmiş polkovnik Vəli bəy Yadigar haqqında və Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyev haqqındadır. Bu barədə məlumat verən Polşada Azərbaycanlı Gənclər Şurasının baş katibi Rəsul Məmmədov qeyd edib ki, qısa zamanda kitabçanın polyak dili versiyası da nəşr olunacaq. R.Məmmədov ktabçanın Azərbaycan və Polşa dövlətləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verilən kiçik töhfə olduğunu bildirib.
Azərbaycanlı gəncin rəhbərlik etdiyi beynəlxalq təşkilatın növbəti toplantısı keçirilir
Avropa Gənclərinin Mobillik Şəbəkəsi Niderlandda növbəti toplantısını keçirir. Şəbəkənin rəhbəri, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bu məqsədlə həmin ölkədə səfərdədir. “OLAYLAR”-ın xəbərinə görə, toplantı dekabrın 14-dək davam edəcək.
Fondun təşkilatçılığı ilə İsmayıllı rayonunda regional konfrans keçirilib
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans keçirilib.
Azərbaycan Mətbuat Şurasının “Kaspi” qəzetinin 135 illik yubiley təbriki
Azərbaycanın ictimai fikir tarixində əsası dahi mütəfəkkir və alim Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın rolu son dərəcə böyükdür. Milli nəşrlərimiz XIX əsrin sonu - XX əsrin əvvəllərində dövrün görkəmli ziyalılarını öz ətrafında birləşdirərək dövlət müstəqilliyimizin ideoloji bazası rolunu oynamışlar. Bu şərəfli işi həyata keçirən mətbuat orqanlarımızdan biri də bu gün 135 illik yubileyini qeyd edən “Kaspi” qəzetidir.
Parisdə Hökumətlərarası Komitənin 11-ci sessiyası keçirilir
8-9 dekabr 2016-cı il tarixində Paris şəhərində YUNESKO-nun Baş Qərargahında Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti - 11-ci sessiyası keçirilir.
Azərbaycan Texniki Universitetində Heydər Əliyevin xatirəsini anma günü keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun prorektoru İsa Xəlilov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb. Tələbələrə Ulu Öndərin fəaliyyətinin, siyasi bacarığının dərindən öyrənilməsi və onun bəşəri ədalətə, sülhə verdiyi töhfələrdən öz ölkələrində bəhs etmələri tövsiyə olunub. Rektor əvəzi Xalıq Yahudov bildirib ki, Ulu Öndər tarixin çətin və kəşməkəşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb.
Yaponiya və Azərbaycanın ikitərəfli münasibətləri müzakirə edilib
Tokioda “Sərhədləri Ötənlər” (Ekkyokai) klubunun və “World Investors TV” kanalının təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ilin yekunlarına həsr olunmuş möhtəşəm ziyafət təşkil edilib. Ziyafətdə cəmi 150 nəfər olmaqla, yaponiyalı biznesmenlər, xarici iş adamları, bu ölkədə olan Azərbaycan səfirliyinin nümayəndələri, Yaponiyada səfərdə olan ADA universiteti və Xarici Dillər Universitetinin müəllimləri, Yaponiyada təhsil alan azərbaycanlı tələbələr fəal şəkildə iştirak ediblər.”OLAYLAR”-ın xəbərinə görə, ziyafətə fəxri qonaq qismində dəvət edilmiş Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin sədri Əlibəy Məmmədov nitqlə çıxış edərək, Azərbaycan və Yaponiyanın son illər ərzində gözəçarpan inkişafını yüksək qiymətləndirib.
Prezidentin köməkçisi: “Vaxt gələcək Azərbaycan təkbaşına, öz gücü ilə ərazilərini işğaldan tamamilə azad edəcək”
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-Cəzirə” telekanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir: Müxbir: Bugünkü müsahibimiz Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Biz onunla Azərbaycanda mövcud vəziyyət və beynəlxalq arenada son vaxtlar özünün balanslaşdırılmış siyasəti və inkişaf etməkdə olan iqtisadiyyatı ilə ön plana çıxan bu ölkənin gələcəyi barədə söhbət edəcəyik.
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb. XİN-dən “Olaylar” verilən məlumata görə, gorüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb.














