Azərbaycan Texniki Universitetində Heydər Əliyevin xatirəsini anma günü keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun prorektoru İsa Xəlilov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb. Tələbələrə Ulu Öndərin fəaliyyətinin, siyasi bacarığının dərindən öyrənilməsi və onun bəşəri ədalətə, sülhə verdiyi töhfələrdən öz ölkələrində bəhs etmələri tövsiyə olunub. Rektor əvəzi Xalıq Yahudov bildirib ki, Ulu Öndər tarixin çətin və kəşməkəşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb.
9 Dekabr 2016 16:53 SosialAzərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun prorektoru İsa Xəlilov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb. Tələbələrə Ulu Öndərin fəaliyyətinin, siyasi bacarığının dərindən öyrənilməsi və onun bəşəri ədalətə, sülhə verdiyi töhfələrdən öz ölkələrində bəhs etmələri tövsiyə olunub. Rektor əvəzi Xalıq Yahudov bildirib ki, Ulu Öndər tarixin çətin və kəşməkəşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb.