Səlim Müslümov 7 rayonun sakinləri ilə görüşüb
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Zərdab rayonunda bu rayonun və Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
9 Dekabr 2016 16:10 SosialAzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Zərdab rayonunda bu rayonun və Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Müraciətlər imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və reabilitasiya vasitələri, bərpa müalicəsi xidmətləri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb olunma və s. məsələləri əhatə edib. Nazirliyin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə keçən qəbul zamanı hər bir müraciətə diqqətlə yanaşılıb, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılması təmin olunub. Ayrı-ayrı məsələlər araşdırılaraq nəticəsi əsasında tədbirlər görülməsi üçün nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar əhalinin etibarlı sosial müdafiəsinin təşkil olunmasına, sosial cəhətdən həssas əhali qruplarının diqqət və qayğı ilə əhatə olunmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.