Ermənistanda 204 min əlil var

2016-cı il dekabrın 1-nə Ermənistanda 204770 əlil qeydiyyata alınıb. Bunun 8147-si uşaqdır. Bu haqda əmək və sosial məsələlər nazirliyinin tibbi-sosial ekspertiza agentliyinin rəisi Armen Soqoyan məlumat verib.

2016-cı il dekabrın 1-nə Ermənistanda 204770 əlil qeydiyyata alınıb.

Bunun 8147-si uşaqdır. Bu haqda əmək və sosial məsələlər nazirliyinin tibbi-sosial ekspertiza agentliyinin rəisi Armen Soqoyan məlumat verib.

Onun sözlərinə görə, əlillik verilənlər arasında birinci yerdə ürək-damar xəstələridir. Onların ardınca əsəb xəstələri gəlir.

"Son 10 ayda 66009 nəfər tibbi ekspertizadan keçib və 62670 nəfəri əlil statusu alıb", - o deyib.  Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31