Quberniya idarə üsulu Azərbaycana nə verə bilər?

Uzun müddətdir ki, Azərbaycanda quberniyaların yaradılması məsələsə gündəmi zəbt etməkdədir. Lakin təxminən on ildən bəri səslənən fikir elə təklif olaraq qalıb. Təklif müəllifləri hesab edirlər ki, ölkədə quberniyaların yaradılması həm idarəetmə, həm də iqtiadi asılılıq baxımından sərfəlidir. Yəni, ayrı-ayrı bölgələrə siyasi, iqtisadi azadlıq verməklə çevik idarəetmə mexanizmi yaradılır. Məlumat üçün qeyd edək ki, artıq bir sıra ölkələrdə artıq bi idarəçilik metoduna çoxdan keçilib. Ancaq, etiraf edək ki, hələlik bizdə bu təkifə olduqca ehtiyatla yanaşılır. Maraqlıdır, quberniya üsul-idarəsinni yaradılması Azərbaycana nə verəcək?

Fəzail Ağamalı: "Bununla bölgələrin daha tarazlı inkişafına nail ola bilərik"

Uzun müddətdir ki, Azərbaycanda quberniyaların yaradılması məsələsə gündəmi zəbt etməkdədir. Lakin təxminən on ildən bəri səslənən fikir elə təklif olaraq qalıb. Təklif müəllifləri hesab edirlər ki, ölkədə quberniyaların yaradılması həm idarəetmə, həm də iqtiadi asılılıq baxımından sərfəlidir. Yəni, ayrı-ayrı bölgələrə siyasi, iqtisadi azadlıq verməklə çevik idarəetmə mexanizmi yaradılır. Məlumat üçün qeyd edək ki, artıq bir sıra ölkələrdə artıq bi idarəçilik metoduna çoxdan keçilib. Ancaq, etiraf edək ki, hələlik bizdə bu təkifə olduqca ehtiyatla yanaşılır. Maraqlıdır, quberniya üsul-idarəsinni yaradılması Azərbaycana nə verəcək?
Millət vəkili Fəzail Ağamalı deyib ki, Azərbaycan dünyada və MDB məkanında barmaqla sayılacaq ölkələrdəndir ki, hələ də sovet dönəmindən olan rayon inzibati ərazi bölgüsü idarəetmə formasından istifadə edir. Onun sözlərinə görə, bu gün Azərbaycanda 72 rayon inzibati idarəetmə vahidi var ki, bunun da idarəetməsi mürəkkəb bir mexanizmə söykənir: "Lakin quberniya idarəetmə metoduna keçsək, bu xeyli dərəcədə sadələşə bilər. Biz Azərbaycan ərazisində 7-8 quberniya yaratmaqla daha effektli və çevik yerli idarəetmə institutu yaratmış olarıq. Bu cür idarəetmə institutuna keçməklə həm də büdcəyə qənatə etmiş olaraq. Yəni yerlərdə icra strukturlarının yetərincə şişirdilmiş aparatları var və bu strurkturlarda aprılan islahatlar nəticəsində ixtisarlar getməklə büdcənin səmərəsiz xərclərinin qarşısını almaq olar". Bununla belə o, əlavə edib ki, quberniyalar yaratmaqla biz həm də bölgələrin daha tarazlı inkişafına nail ola bilərik: "Bu gün eyni bölgədə olan rayonlarının birinin sosial-iqtisadi vəziyyəti daha yaxşı, birinin vəziyyəti orta, digərinin vəziyyəti isə yerləşdiyi məkandan asılı olaraq çətin durumdadır. Amma quberniya yaradılarsa, konsolidasiya nəticəsində bölgələrin bərabər inkişafını təmin etmək mümkün olar. Bununla da çətin şəraitdə yaşayan rayonların iqtisadi vəziyyətini normallaşdırmaq olar". Millət vəkili onu da əlavə edib ki, quberniya idarəetmə institutuna keçməklə bölgələrin mərkəzdən maliyyələşdirilməsinə də qısa zamanda son qoymaq olar: "Daha effektli formada regional layihələr həyata keçriməklə bölgələrin sürətli inkişafına nail olmaq olar. Bu həm də büdcəyə daha çox daxilolamara gətirib çıxarmasına şərait yaradar". F.Ağamalı hesab edir ki, bu gün dünyanın əksər ölkələrində quberniya effektiv yerli idarəetmə institutu kimi özünü təsdiqləyib və bu idarəetmə metodundan istifadə edir: "Ancaq Azərbaycan barmaqla sayılacaq dünya və MDB mənanında olan ölkələrdəndir ki, hələ də sovet dönəminədki idarəetmə metodundan istifadə edir və bunu qoruyub saxlayır. Hesab eriəm ki, artıq bu idarəetmə metodundan imtina etməyin zamanı yetişib və daha çevik, effektiv idarəetmə metodu olan quberniya idarəetmə formasına keçməliyik".
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da mətbuata verdiyi müsahibəsində bildirib ki, Azərbaycan üçün 66 inzibati rayon çoxdur: "Mən bu fikri hələ 10 il bundan qabaq demişəm. Azərbaycan üçün 66 inzibati rayon çoxdur. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün. Mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonların əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31