Havaların soyuması küçə uşaqlarının vəziyyətini çətinləşdirib

Havaların soyuması baxımsız küçə uşaqları üçün çətinliklər yaratmışdır. Bu barədə Günərzi ”İşıqlı Ev” Küçə Uşaqları Mərkəzindən “Olaylar”a verilən məlumata görə, baxımsız uşaqlar evsiz uşaqlardır ki, evdən kənar yaşayır, onların qayğısına qalan ailələri və yaxın insanları yoxdur. Bu uşaqlar muvəqqəti sığınacaqlarda və münasib olmayan yerlərdə yaşayır və havaların şaxtalı və soyuq keçməsi bir çoxlarının sonu ola bilər: “Azərbaycanda dövlətimiz tərəfindən belə uşaqlara qayğı göstərilsə də, hələ Bakı küçələrində bu qayğıdan kənar qalan uşaqlar çoxdur.

Havaların soyuması baxımsız küçə uşaqları üçün çətinliklər yaratmışdır. Bu barədə Günərzi "İşıqlı Ev" Küçə Uşaqları Mərkəzindən "Olaylar"a verilən məlumata görə, baxımsız uşaqlar evsiz uşaqlardır ki, evdən kənar yaşayır, onların qayğısına qalan ailələri və yaxın insanları yoxdur. Bu uşaqlar muvəqqəti sığınacaqlarda və münasib olmayan yerlərdə yaşayır və havaların şaxtalı və soyuq keçməsi bir çoxlarının sonu ola bilər: "Azərbaycanda dövlətimiz tərəfindən belə uşaqlara qayğı göstərilsə də, hələ Bakı küçələrində bu qayğıdan kənar qalan uşaqlar çoxdur. Elə buna görə də Küçədə işləyən və yaşayan uşaqlar üçün Sosial Psixoloji Reablitasitya Günərzi "İşıqlı Ev" Küçə Uşaqları Mərkəzində havaların soyuq keçməsi ilə əlaqadar köməyə ehtiyacı olan uşaqları aşkarlamaq, onlara lazımı köməyi göstərmək məqsədi ilə mobil kömək qrupları yaradılmışdır. Mobil qruplarda olan könülülərimiz cecə və gündüz Bakı küçələrində ehtiyacı olan belə uşaqları tapıb yerində kömək göstərdikdən sonra mərkəzimizə gətirirlər. Onların isti yeməyə və paltara olan ehtiyaclarını ödəmək mərkəzimiz üçün çətin olsada biz var quvvəmizlə küçə uşaqlarının sonrakı taleyini düşünərək bu çətin işin öhtəsindən gəlməyə çalışırıq. Bu addımı atmışıq və davam etdirəcəyik". Günərzi "İşıqlı Ev" Küçə Uşaqları Mərkəzi müraciət edir ki, havaların soyuq keçmsi ilə əlaqədar olaraq Bakı küçələrində küçə uşaqlarına rast gələnlər 050 649 48 26 mobil nömrəyə zəng etsinlər. 
 Qeyd edək ki, Küçədə işləyən və yaşayan uşaqlar üçün Sosial Psixoloji Reablitasitya Günərzi "İşıqlı Ev" Küçə Uşaqları Mərkəzi 2002 -ci ildən Bakı şəhərində fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən mərkəzdə 4500 -dən çox uşaq qeydiyyatdan keçib. Bütün işçilərimiz əmək haqqı almadan, könülülük prinsipi ilə işləyir: "Bütün qrumlarla-dövlət, koomersiya, biznes və qeyri -hökumət təşkilatları il əməkdaşlıq etməyə hazırıq və onlarin təkliflərini müzakirə edə bilərik".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31