YAP-a yeni qəbul olunmuş təhsil işçiləri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş əməkdaşlarla görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Ümumi sektorun müdiri Sevinc Rəsulova və İnformasiya Təminatı sektorunun müdiri İlhamə Abdullayeva iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş əməkdaşlarla görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Ümumi sektorun müdiri Sevinc Rəsulova və İnformasiya Təminatı sektorunun müdiri İlhamə Abdullayeva iştirak ediblər. Görüşdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov Yeni Azərbaycan Partiyasının yaranması, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. H.Əsgərov qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü inkişaf səviyyəsinə yüksəlməsinə zəmin yaradıb. Müdir müavini partiyaya yeni qəbul olmuş əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb. Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş BŞTİ əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31