İstedadlı gənclər mükafatlandırılacaq
Dekabrın 10-da "İstedadların hazırlığı laboratoriyası" IV Respublika final turu nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
9 Dekabr 2016 14:16 SosialDekabrın 10-da "İstedadların hazırlığı laboratoriyası" IV Respublika final turu nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə nazir Azad Rəhimovun da iştirakı nəzərdə tutulub. Layihənin keçirilməsində məqsəd ölkənin riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gənclərini aşkar etmək, onların inkişafını stimullaşdıran ardıcıl tədbirlər həyata keçirməkdir. Layihə çox mərhələlidir, İKT-dən istifadə etməklə respublikanın bütün ərazisində yaşayan yeniyetmələrin eyni vaxtda on-line olimpiadaya qatılmaq imkanını yaradır. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır. Artıq dördüncü ildir ki, layihə www.istedad.az veb saytı vasitəsilə həyata keçirilir və hər il təxminən 2 mindən artıq gənc bura qatılır.