BBMM-in aparat rəhbəri Cenevrədə görüş keçirib

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə İsveçrədə görüş keçirilib. BBMM-in aparat rəhbəri, professor Aytən Qəhrəman UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE) rəhbəri Mmantsetsa Maropenin görüşü zamanı Azərbaycan və UNESCO İBE arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri, multikultural dəyərlərin, tolerant ənənələrin  təşviqi və təbliği ilə bağlı birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Təhsil üzrə Beynəlxalq Büro 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb və 1999-cu ildən UNESCO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31