BANM Türkiyə şirkəti ilə müqavilə imzalayıb

Bakı Ali Neft Məktəbində Türkiyənin BIOLAB şirkətinin təşəbbüsü ilə “İstifadədə olan yağ analizi ilə avadanlıqların proqnozlaşdırılmış texniki baxım üsulları” mövzusunda seminar keçirilib.

Bakı Ali Neft Məktəbində Türkiyənin BIOLAB şirkətinin təşəbbüsü ilə "İstifadədə olan yağ analizi ilə avadanlıqların proqnozlaşdırılmış texniki baxım üsulları" mövzusunda seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BP, SOCAR, BİOLAB və diğər şirkətlərin nümayəndələri, eləcə də BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. BANM-in rektoru Elmar Qasımov ali təhsil ocağının qısa zamanda əldə etdiyi uğurlar, görülən işlər və perspektivlər haqqında məlumat verib, tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinin xüsusi önəmindən və gənclərin elmi tədqiqatlara cəlb edilməsi üçün həyata keçirilən tədbirlərdən danışıb. Mərkəzi ofisi Ankarada yerləşən BİOLAB şirkətinin baş icraçı direktoru Sinan Vasfi təmsil etdiyi şirkətin 30 ilik təcrubəyə malik olduğunu, neft və neft məhsullarının analizləri üçün laboratoriya avadanlıqlarının təmin edilməsi, quraşdırılması, təlimlərin təşkili və servis xidməti göstərdiyini, BP, Shell, Exxon, Türpaş və digər global şirkətlərin laboratoriya cihazları ilə təminatını həyata keçirdiyini söyləyib. Tədbir çərçivəsində BANM və BİOLAB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31