Gündəm

Bu gün Turan birliyinə ehtiyac var

9 Dekabr 2016 13:50

Bu günlərdə vəfatının dördüncü ildönümü qeyd edilən Turan Yazqanın bir zamanlar təsis etdiyi Türk Dünyası Araşdırmalar Vəqfi bu gün də öz uğurlu fəaliyyətini davam etdirir. Vəqfin qarşıdakı planları, nəzərdə tutulan layihələr, eləcə də qurumun yaxın gələcəkdə Azərbaycanla əlaqədar ideyaları ilə bağlı Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Közhan Yazqanla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Közhan Yazqan Bakı ilə yanaşı bir sıra bölgələrdə də lisey açmaq barədə düşünüldüyünü vurğulayıb.

Beynəlxalq birlik Qarabağ probleminin həllinə laqeyddir

9 Dekabr 2016 13:48

Son vaxtlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində yenidən xalq diplomatiyası təşəbbüsü gündəmə gəlib. Bir müddət əvvəl Bakıda erməni vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən konfransdan sonra bu təşəbbüsü irəli aparmaq məqsədilə platforma da hazırlanıb. Bəs görəsən, bu kimi təşəbbüslər Dağlıq Qarabağ probleminin həllinə nə dərəcədə müsbət təsir göstərə bilər? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə politoloq Rusiya-Ermənistan hərbi birliyinin yaradılması ideyası, bunun region üçün mümkün təhlükələrindən də danışıb.

TƏCİLİ - Bakıda mebel salonunun damı uçub, xəsarət alanlar var

9 Dekabr 2016 13:41

Bakıda mebel salonunda bədbəxt hadisə baş verib. Hadisə şahidləri xəbər veriblər ki, Nizami rayonundakı "Dəniz" mebel salonunun dam örtüyü uçaraq salonun ortasına düşüb. Hadisə baş verən zaman işçilər salonda olublar. Hadisə ilə əlaqədar Babək prospektinin bir hissəsi nəqliyyat üçün hərəkətə bağlanıb.

Rəsulullahın(s) möcüzələri haqqında- Elmira QAFAROVANIN tərcüməsində

9 Dekabr 2016 13:41

Peyğəmbərin(s) möcüzələri haqqında Din alimləri Peyğəmbərin(s)möcüzələrini üç mərhələyə bölürlər:Peyğəmbərin(s) mövludundan(dünyaya gəlişindən) əvvəl,mövludundan ömrünün sonuna qədər- əbədi aləmə köçdükdən sonra baş vermiş  möcüzələr.

“Strateji yol xəritəsi uğurlu addımların davamıdır” 

9 Dekabr 2016 13:33

“Cənab Prezident İlham Əliyev hakimiyyətə gələndən hər zaman müxtəlif sahələrin inkişafı üçün uzaq hədəflərə yönələn strateji proqramlar, sənədlər imzalayıb. Dövlət başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərman"ı da bu sənədlərin məntiqi davamıdır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.

PA rəsmisi: “Ulu Öndərin qoyduğu bu yol, qurub yaratdığı dövlət etibarlı əllərdədir”

9 Dekabr 2016 13:31

“Çox təəssüflər olsun ki, son zamanlar ermənilər özbaşına hərəkət edirlər. Onlar müxtəlif yerlərdə, dairələrdə özlərinə tərəfdar tapırlar. Təəssüflər ki, belə tərəfdarlarda tapılır”. Məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Hamburq görüşü barədə danışarkən deyib.

Sabaha olan hava proqnozu açıqlanıb

9 Dekabr 2016 13:14

Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoq çox vacibdir

9 Dekabr 2016 13:12

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir.

"Azərişıq": Elektrik enerji təchizatında ciddi problem yoxdu

9 Dekabr 2016 13:05

Dekabrın 8-də qarlı və küləkli hava şəraiti ilə əlaqədar ölkədə elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb. Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Dünya Bankının nümayəndəsi “Azəravtoyol”da olub

9 Dekabr 2016 13:00

“Azəravtoyol” ASC-də Dünya Bankının nümayəndə heyəti ilə görüş keşirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankının Cənubi Qafqaz üzrə nəqliyyat proqramının rəhbəri Mustafa Benmaamar, həmçinin cəmiyyətin və bankın digər rəhbər şəxsləri iştirak ediblər. Görüşdə son illər Azərbaycanda prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib, yenilənən yol infrastrukturunda Dünya Bankının rolundan bəhs edilib. Bundan başqa görüşdə Dünya Bankının maliyyələşdirdiyi layihələrin hazırki vəziyyəti, magistral yollara xidmət göstərəcək 7 ədəd Magistral Yolların İstismarı MMC-lərin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması istiqamətində atılan addımlar müzakirə olunub. Sonda avtomobil yollarının yenidən qurulması istiqamətində Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın bundan sonra da davam etməsinin vacibliyi vurğulanıb.

Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib 

9 Dekabr 2016 12:57

Gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.

Mübariz Qurbanlı yəhudi tələbələrlə görüşüb 

9 Dekabr 2016 12:58

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrini birləşdirən məşhur KİVUNİM Amerika-İsrail akademik təşkilatının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşüb. “OLAYLAR”-ın qurumun mətbuat xidmıətinə istinadən verdiyi xəbərə görə, görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, müavini Səyavuş Heydərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut, KİVUNİM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyətinin rəhbəri Cey Liberman, Bakı şəhəri Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mifodi Ata iştirak ediblər.

ABŞ Rusiya ilə hərbi əməkdaşlığa qadağa qoydu

9 Dekabr 2016 12:53

ABŞ Senatı ölkənin 2017-ci il müdafiə büdcəsi layihəsini qəbul edib. Layihə ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Rusiya ilə əməkdaşlıq etməyi qadağan edir.

Avropa Liqasının qrup oyununda insident yaşanıb

9 Dekabr 2016 12:51

Avropa Liqasının qrup mərhələsinin Ukraynada "Zorya" və İngiltərə "Mançester Yunayted"i arasında keçirilən matçda insident yaşanıb.