Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoq çox vacibdir

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir.

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir.

Bunu jurnalistlərə ötən gün Hamburqda keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasını şərh edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

M.Mard bildirib ki, Avropa İttifaqı, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik fəalyyətini dəstəkləyir: "Biz hesab edirik ki, münaqişə tərəfləri arasında dialoq çox vacibdir".

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün bəyan edib ki, Ermənistanın destruktiv siyasəti nəticəsində Hamburqda ATƏT XİNŞ çərçivəsində "2+3" formatında görüş baş tutmayıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31