Müdafiə sənayesinin inkişafı vacib şərtdir

Gələn ilin dövlət büdcəsinin müzakirəsi ölkədə hələ də həllini gözləyən problemlərin mövcudluğunu üzə çıxardı. Xüsusən, əhalinin məşğuluğu və regionların sosial-iqtisadi inkişaf məsələlərindəki çatışmazlıqlar düşünməyə əsas verdi. Məlum oldu ki, ölkədə işsizliyin minimuma endirilməsi məqsədilə bölgələrdə inşa edilən yeni obyektlərin sayının nə qədər artmasına baxmayaraq hələ də əhalinin məşğulluq məsələsi tam həllini tapmayıb. Ancaq məsələ orasındadır ki, sözügedən problemin aradan qaldırılması üçün kifayət qədər imkanlar mövcuddur. Sadəcə adi vətəndaşdan tutmuş məmuruna, sahibkarına qədər hər bir vətəndaşın üzərinə düşən öhdəliyin layiqincə yerinə yetirilməsinə ehtiyac var. 

Bahar Muradova: "Azərbaycan lazım gəldikdə istehsal etdiyi silah-sursatlardan ərazi bütövlüyünü təmin etmək üçün istifadə edəcək"

Gələn ilin dövlət büdcəsinin müzakirəsi ölkədə hələ də həllini gözləyən problemlərin mövcudluğunu üzə çıxardı. Xüsusən, əhalinin məşğuluğu və regionların sosial-iqtisadi inkişaf məsələlərindəki çatışmazlıqlar düşünməyə əsas verdi. Məlum oldu ki, ölkədə işsizliyin minimuma endirilməsi məqsədilə bölgələrdə inşa edilən yeni obyektlərin sayının nə qədər artmasına baxmayaraq hələ də əhalinin məşğulluq məsələsi tam həllini tapmayıb. Ancaq məsələ orasındadır ki, sözügedən problemin aradan qaldırılması üçün kifayət qədər imkanlar mövcuddur. Sadəcə adi vətəndaşdan tutmuş məmuruna, sahibkarına qədər hər bir vətəndaşın üzərinə düşən öhdəliyin layiqincə yerinə yetirilməsinə ehtiyac var. 
Məsələ ilə bağlı Milli Məclisin (MM) sədr müavini Bahar Muradova deyib ki, indiki şəraitdə Azərbaycanda əhalinin yaşaması və dayanıqlı inkişafa nail olunması üçün addımlar atılmalıdır. Bu addımlar yeni iş yerlərinin açılması ilə bağlı olmalıdır. Bu yaxınlarda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə getdiyini xatırladan MM-in sədr müavini Füzuli rayonunda tikilən şəhərciyi xüsusi vurğulayıb: "Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu addımlar həyat şəraitinin yaxşılaşdırılmasını istəyən digər qaçqın və məcburi köçkünlərdə ümid doğurur, stimul yaradır. Vətəndaşlarımızın regionlara qayıdıb, orada məskunlaşması, xüsusilə, bu yerlərin dirçəldilməsi ilə bağlı həyata keçirilən işləri xüsusi qeyd etmək lazımdır". Vitse-spiker onu da deyib ki, dövlətin ayırdığı vəsait hesabına çoxlu sayda obyektlər tikilərək, infrasturukturlar yaradılıb: "Yeni iş yerlərinin açılması üçün kommunal xidmətlər və yolların tikintisi nəzərdə tutulub. Hesab edirəm ki, indiki şəraitdə burada əhalinin yaşaması və dayanıqlı inkişafa nail olunması üçün addımlar atılmalıdır. Bu addımlar yeni iş yerlərinin açılması ilə bağlı olmalıdır".B. Muradova əlavə edib ki, regionların tarazlı inkişafı ilə bağlı ciddi siyasət yeridilir: "Amma düşünürəm ki, həmin bölgələrdə aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsinə ehtiyac var. Bundan başqa, xidmət sahəsinə güzəştli kreditlər ayrıla bilər ki, bu da yeni iş yerlərinin açılmasına imkan yaradar. Bütün bunları dövlətin hesabına etmək düzgün deyil. Azərbaycanda çoxlu sayda iş adamları, biznes fəalları var ki, onların təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların məşğulluğunu təmin etmələri, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmələri, eləcə də yeni iş yerlərinin açılmasına yardım etmələri istiqamətində addımlar atmaq lazımdır. Bunun üçün həm mərkəzi, həm də yerli icra orqanları lazımı addımlar atmalı, şərait yaradılmalıdır". Dövlət büdcəsindən ölkənin ərazi bütövlüyünün təmini və müdafiə qabiliyyətinin artırılması ilə əlaqədar ayrılan büdcənin həcminə gəldikdə, vitse-spiker qeyd edib ki, Azərbaycan lazım gəldikdə öz istehsal etdiyi silah-sursatdan istifadə etməklə ölkənin ərazi bütövlüyünü və müdafiəsini təmin edəcək. Onun sözlərinə görə, 2017-ci ilin büdcəsi Azərbaycanın gələn ildəki vəzifələrini yerinə yetirmək üçün mövcüd reallıqlara uyğun şəkildə hazırlanıb: "Büdcədə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı 2017-ci ildə bu sahəyə ayrılan vəsait ümumi büdcənin 24 faizini təşkil edir ki, bu da ötən illə müqayisədə 2,1 faiz artıqdır. Bütün bunlar növbəti ildə də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas prioritet istiqamət kimi qarşıya qoyulduğunu göstərir. Təbii ki, bu da təsadüfi deyil". B. Muradova əlavə edib ki, ötən il baş verənlər, xüsusilə də "Aprel hadisələri"ndən sonrakı durum, danışıqlar prosesindəki mövcud vəziyyət, Ermənistanın qeyri-konstruktiv mövqeyi ölkəmizin bu istiqaməti daim diqqət mərkəzində saxlamasını labüd və zəruri edir: "Çünki son nəticədə bu məsələnin həllində Azərbaycan öz gücünə istinad edir. Burada da həm ordunun qüdrətinin gücləndirilməsi, bu sahədə çalışan və xidmət edən Azərbaycan vətəndaşlarının, hərbçilərin, zabitlərin, əsgərlərin təminatının maddi və sosial durumunun yaxşılaşdırılması, müdafiə səneyesinin inkişafı nəzərdə tutulur. Hesab edirəm ki, bu sahədəki nailiyyətlərimiz, beynəlxalq aləmdə hərbi sursat istehsal edən ölkələr sırasında Azərbaycanın rolunun artması ölkəmizin doğru yolda olduğunu göstərir. Azərbaycan lazım gəldikdə öz istehsal etdiyi silah-sursatlardan ölkənin ərazi bütövlüyünü və müdafiəsini təmin etmək üçün istifadə edəcək".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31