Gündəm
Zərurət yarandıqda hakimiyyətə dəstək verilməlidir
Artıq 2016-cı ilin başa çatmasına sayılı günlər qalıb. Bu il də bir sıra mənfi və müsbət məqamları ilə tairixin yaddaşına köçməkdədir. Əvvəlki illər kimi bu il də ənənəvi olaraq dəyişməyən hal Azərbaycan müxalifəti ilə bağlı oldu. Belə ki, başa vurmaqda olduğumuz il də Azərbaycan müxalifəti üçün uğursuz oldu desək yanılmarıq. Bəs görəsən 2016-cı ili müxalifət partiyaları necə dəyərləndirir? Bu və digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucluya müraciət etdik. AMİP rəsmisi təmsil etdiyi partiyanın qarşıdakı il üçün hədəfləri barədə də məlumat verib.
İŞİD hücuma keçdi: Palmira niyə çökdü?
Suriyanın Homs vilayətindəki Palmira şəhəri "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının tam nəzarətindədir. İŞİD şəhəri yenidən ələ keçirmələ yanaşı, Suriya ordusunun birləşmələrini qərbə doğru sıxaraq Tiyasadək geri çəkilməyə vadar edir. Suriya ordusu Homs istiqamətindən Palmiraya və Tiyasa əlavə qüvvələr göndərir.
Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Dekabrın 10-da Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
ABŞ dollarından imtina mümkündürmü?
Hələ cari ilin sebtyabr ayında Rusiya MDB ölkələrində dollar və avrodan imtina ilə bağlı müraciət ünvanlamışdı. Müraciətin məğzi ondan ibarətdir ki, bu ölkələr öz aralarında ticarəti avro və ya dollarla deyil, Rusiya rublu və ya digər valyuta ilə aparsınlar. Ardınca İran hökuməti bəyan edib ki, xarici şirkətlər borclarını avro ilə ödəməyi qəbul ediblər və hökumət digər neft şirkətləri ilə danışıqlara başlayıb.
Qərbdə dəyərlər devalvasiyaya uğrayır
Rövşən Məmmədli: “İstanbul terroruna Qərbdən və Avropadan olan münasibət bunu bir daha təsdiqlədi” Gözlənildiyi kimi də oldu. İstanbulda 30-u polis, 8-i mülki şəxs olmaqla, 38 nəfərin həyatına son qoyan xain terror aktının altından da PKK terror təşkilatı çıxdı. Daha doğrusu, PKK-nın qolu olan TAK. “Kürdüstan Azadlıq Şahinləri” terror hücumuna görə məsuliyyəti öz üzərinə götürdü. Təşkilat terror hücumu zamanı bir canlı bombanın iştirak etdiyini də etiraf edib. Məlumat üçün qeyd edk ki, xain terrakt zamanı zamanı az qala yarım ton (300-400 kq) trotildən istifadə olunub.
"Azərbaycanda 6 yeni həbsxana tikilir"
Azərbaycanda 6 ədəd qarışıq tipli cəzaçəkmə müəssisəsi tikilir. Qafqazinfo xəbər verir ki, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. O bildirib ki, həbsxanalar müxtəlif bölgələrdə - Kürdəmir, Lənkəranda və digər ərazilərdə tikilir ki, vətəndaşlar çox əziyyət çəkməsinlər.
Nəsimi rayonunda Ulu Öndərin xatirəsinə ehsan süfrəsi verilib
Nəsimi rayon ictimaiyyətinin, ağsaqqalların, ziyalıların, qarabağ əlilləri, şəhid ailələri, Çernobıl faciəsi və Qarabağ müharibəsi veteranlarının, rayonun dini icmalarının rəhbərlərinin iştirakı ilə Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi verilib.
Əmək Nazirliyinin e-xidmətindən 22 610 dəfə istifadə qeydə alınıb
Cari ilin noyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4,4 faiz artaraq 22 610-a çatıb. Ümumilikdə cari ilin yanvar-noyabr aylarında əhali həmin e-xidmətdən 204 918 dəfə faydalanıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz çoxdur.
Misirdə matəmdir
Misirin paytaxtı Qahirədəki Abbasiyə kopt kilsəsindəki partlayışdan sonra ölkədəki bütün kilsələr ciddi nəzarətə götürülərək mühafizə olunur.
İbrahim Tatlıses düşmənlərinə mesaj göndərdi
Sosial şəbəkə hesabından onun haqda danışılanlara və yayılan xəbərlərə cavab verən İbrahim Tatlısəs düşmənlərinin cavabını verib.
İbrahimoviç 700-cü oyununa çıxdı
"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç üçün İngiltərə Premyer Liqasında "Tottenhem"lə oyun (1:0) əlamətdar olub. Bu görüşlə isveçli oyunçu klub səviyyəsində 700-cü matçına çıxıb.
Çin rəhbərliyi Trampa ultimatum verdi: ABŞ-ın düşmənlərinə silah satacağıq
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp "vahid Çin" siyasətindən imtina etsə, rəsmi Pekin ABŞ-ın düşmənlərini dəstəkləyəcək. Bu barədə "The Global Times" qəzeti məlumat yayıb.
Təklif: Türkiyə PKK-nın içində partlayış törətsin
PKK İŞİD-in texnologiyasını mənimsəyib, "terrorçu kamikadzelər" yetişdirir, adını da qoyub "kürd şahinlər". Bu cür texnologiya ilə ənənəvi üsullarla mübarizə aparmaq çətindir.
Bir həftə öncə planlaşdırılmış terror
Ötən gün Türkiyə Beşiktaş – Bursaspor oyununun oynanıldığı Vodafon Arenanın yaxınlığında 2 bombalı partlayış nəticəsində sarsıldı. Bir bombalı maşının və bir canlı bombanın partladılması ilə İstanbul ötən gün 41 şəhit verdi.
Bülənd Ersoy terroru lənətlədi: "Bitsin bu əzab"
Bülent Ersoy bir neçə gün əvvəl İstanbulda baş verən dəhşətli terror hadisəsini lənətləyib.














