Qərbdə dəyərlər devalvasiyaya uğrayır

Rövşən Məmmədli: “İstanbul terroruna Qərbdən və Avropadan olan münasibət bunu bir daha təsdiqlədi” Gözlənildiyi kimi də oldu. İstanbulda 30-u polis, 8-i mülki şəxs olmaqla, 38 nəfərin həyatına son qoyan xain terror aktının altından da PKK terror təşkilatı çıxdı. Daha doğrusu, PKK-nın qolu olan TAK. “Kürdüstan Azadlıq Şahinləri” terror hücumuna görə məsuliyyəti öz üzərinə götürdü. Təşkilat terror hücumu zamanı bir canlı bombanın iştirak etdiyini də etiraf edib. Məlumat üçün qeyd edk ki, xain terrakt zamanı zamanı az qala yarım ton (300-400 kq) trotildən istifadə olunub.

Rövşən Məmmədli: "İstanbul terroruna Qərbdən və Avropadan olan münasibət bunu bir daha təsdiqlədi"

Gözlənildiyi kimi də oldu. İstanbulda 30-u polis, 8-i mülki şəxs olmaqla, 38 nəfərin həyatına son qoyan xain terror aktının altından da PKK terror təşkilatı çıxdı. Daha doğrusu, PKK-nın qolu olan TAK. "Kürdüstan Azadlıq Şahinləri" terror hücumuna görə məsuliyyəti öz üzərinə götürdü. Təşkilat terror hücumu zamanı bir canlı bombanın iştirak etdiyini də etiraf edib. Məlumat üçün qeyd edk ki, xain terrakt zamanı zamanı az qala yarım ton (300-400 kq) trotildən istifadə olunub.

İstanbulda baş vermiş terror aktı ilə əlaqədar fikirlərini bölüşən müstəqil ekspert Röşən Məmmədli bildirib ki, daima təməl bəşəri haqlardan, insanlıqdan dəm vuran qoca Avropadan, onun əsas qurumlarından və siyasilərindən Türkiyənin ən böyük şəhərində 10 dekabrda törədilən müdhiş terror əməlinə reaksiya nə adekvat oldu, nə də çevik. Hətta heç düz-əməlli səs də çıxmadı: "Bəzi rəsmilər, məsələn, İngiltərənin xarici işlə naziri, türk əsilli Boris Conson, Almaniya kansleri Angela Merkel istisna olmaqla, qalanlar bu qanlı aktı ya pisləməyə özlərində cəsarət tapmadılar, ya da terraktı pisləməyə tələsmədilər. Yaxud pisləsələr də, bunu candərdi etdilər və hətta olayı "terror" adlandırmaqdan belə çəkindilər". Rövşən Məmmədlinin sözlərinə görə, bu da Avropanın gerçək simasını göstərir və terroru "yaxşı və pis"ə böldüklərini ortaya qoyur: "Bunlar bəşəriyyət adına, insanlıq adına, lap elə demokrat adına rüsvayçı nümunə-reaksiyalardır. Almaniyanın nüfuzlu "Deutche Welle" nəşrinin jurnalisti Vodafon Arena terror aktı ilə bağlı özünün twitter səhifəsində beləcə də yazıb: "Bu - PKK-nın böyük uğurudur". Düzdür, sonradan o, bu rüsvayçı statusunu silib. Ancaq nə xeyri? Bunu yenə jurnalist söyləyib deyə, üstündən keçmək də olardı. Əgər anoloji mövqe avropalı məmurlar, Avropanın məsul şəxsləri səviyyəsində də sərgilənməsəydi. Tarix üçün onların da adlarını qeyd edək. Avropa Parlamentinin sədri Martin Şults "qəlbi ilə Türkiyə vətəndaşları ilə olduğunu" söyləsə də, hadisəni terror adlandırmayıb. Həmçinin, Avropa Birliyinin (AB) xarici işlər naziri Federiko Moqerini şablon yanaşma sərgiləyərək, yalnızca Türkiyə ilə həmrəylik ifadə edib. O da "terror" deməyib. Yaxud Avropa Birliyinin qonşuluq və genişlənmə siyasəti üzrə ali komissarı Yoxannes Xan da "terrorizm" sözünü işlətməyib. Yalnız "demokratik cəmiyyətdə zorakılığa yer yoxdur" kimi abstrakt və əhəmiyyətsiz ifadə ilə kifayətlənib. Həmçinin, Birləşmiş Ştatlardan hələ ki sanballı reaksiya gəlməyib. İndi nə ad versən buna? Terrorun buynuzu-zadımı olur, әcaba? Avropaya, Birləşmiş Ştatlara daha hansı atribut, əlamət lazımdır ki, 10 dekabr aktının xalis terror hücumu olduğunu etiraf eləsinlər, boyunlarına alsınlar. Olmaya terrorun klassik anlamını Avropada, Birləşmiş Ştatlarda unudublar. Bu nədir görəsən, Qərbin çox öyündüyü dəyərlərin devalvasiyasımı? Yoxsa ki, alman jurnalistin statusundan da göründüyü kimi, terror aktını, üzvlərinə geniş qucaq açdığınız PKK-çılar törədib deyə, sevinirsiniz? Yəqin ki, sonuncudur. O zaman min dəfə yazıqlar olsun. Və bu riyakarlıqdan sonra Türkiyədən, Azərbaycandan Avropaya qarşı, onun qurumlarına qarşı yenə rəğbət, sayğımı umacaqsınız? Gerçəkdən də dost dar gündə bilinir.

İstanbuldakı qanlı cinayət isə həm də Türkiyənin, türk düşmənlərinin gerçək çevrəsini bir daha cızmış oldu. Doğrudan da hər şər işdə bir xeyir başlanğıcı var. Allah Türkiyəmizi qorusun". Rövşən Məmmədli qeyd edib ki, artıq Qərbdə dəyərlər devalvasiyaya uğrayır. Onun sözlərinə görə, dekabrın 10-da Türkiyənin İstanbul şəhərində baş verən terror aksiyasına Qərbdən və Avropadan olan münasibət bunu bir daha təsdiqlədi: "Halbuki Fransada, Almaniyada, Belçikada həyata keçirilən terror aksiyaları zamanı ona ilk reaksiya bildirən, hadisəni qətiyyətlə pisləyən məhz Türkiyə Cümhuriyyəti olmuşdu. Bu da qarşılığı. Əslində Qərbdən, Avropadan bundan artıq nəsə gözləməyə də dəyməz. Çünki yaxın tarixdə ermənilərin, terrorçu Sərkisyanın Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı görməməzlikdən gələn Qərb, Avropa utanmadan 1915-ci ildə ermənilərə qarşı Osmanlı tərəfindən soyqırım həyata keçirildiyini bəyanlayır və onu tanıyır. Yəni, Qərbin, Avropanın iç üzü artıq ortadadır". Ekspert deyib ki, istər Avropada, istərsə də Qərbdə hər zaman türk düşmənçiliyi olub və türklərə qarşı həyata keçirilən hər hansı xoşagəlməz hallar, təzyiqlər, terror aksiyası elə Avropanın özündən qaynaqlanıb.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31