Misirdə matəmdir

Misirin paytaxtı Qahirədəki Abbasiyə kopt kilsəsindəki partlayışdan sonra ölkədəki bütün kilsələr ciddi nəzarətə götürülərək mühafizə olunur.

Misirin paytaxtı Qahirədəki Abbasiyə kopt kilsəsindəki partlayışdan sonra ölkədəki bütün kilsələr ciddi nəzarətə götürülərək mühafizə olunur. Ölkədəki ən böyük kopt kilsəsindəki terror partlayışı nəticəsində 26 nəfər həlak olub, 52 nəfər yaralanıb. Həlak olanların və yaralananların əksəriyyəti qadınlarla uuşaqlardır.

Misirdə 3 günlük matəm elan olunub. Misirin kopt patriarxı 2-ci Tavadros Yunanıstana səfərini təxirə salaraq Qahirəyə qayıdıb.

Polisdən verilən məlumata görə, içində bomba olan çantanı kilsəyə keçirən qadın onu skamyanın altına qoyub.

Qadın kilsədən çıxan kimi partlayış baş verib.

Bombanın gücü trotil ekvivalenti ilə 8-12 kq idi.

Misirin DİN başçısı Maqdi Abdel Qaffarın dediyinə görə, olayla bağlı ciddi təhqiqat və istintaq aparılır.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki,  istintaqa baş prokuror Nabil Sadeq nəzarət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31