Gündəm

Bakıda yaşayış binasında yanğın olub

12 Dekabr 2016 14:01

Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin eyvanında 2 m² sahədə lambirindən ibarət dolab yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

86 yaşlı qadın tüstüdən boğularaq ölüb

12 Dekabr 2016 14:00

Füzuli rayonu, Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb.Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhtlərinə baxmayaraq 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Əl yüklərindən 13000 ədəd siqaret aşkar edilib

12 Dekabr 2016 13:59

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından, gömrük nəzarətinə bəyan olunmayan 13000 ədəd siqaret aşkar edilərək götürülüb.

Süni mayalanma üzrə mütəxəssis axtarılır

12 Dekabr 2016 13:58

Heyvandarlığın inkişafına yönəlmiş bir sıra tədbirlər çərçivəsində, heyvanların cins tərkibinin yaxşılaşdırılması başlıca yer tutur. Bu sahədə çalışan fermer və sahibkarlara dövlət dəstəyinin göstərilməsi ən müasir bilik və bacarıqlara yiyələnmiş, maddi texniki bazası olan kadrlara ehtiyac yaradıb.

Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

12 Dekabr 2016 13:56

Dekabrın 12-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Minlərlə insan Naxçıvan şəhərinin Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət edib.

Azərbaycan radioları da rəqəmli yayıma keçəcəkmi?

12 Dekabr 2016 13:54

Azərbaycanda rəqəmli radio yayımının standartları qəbul olunmayıb. Ümumiyyətlə, bu sahədə işlər aparılmayıb və nəzərdə də tutulmur. Bu fikirləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Azərbaycanlı gənclər Türkiyə prezidentinə başsağlığı verib

12 Dekabr 2016 13:51

Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya nümayəndəliyi Türkiyənin İstanbul şəhərində baş verən terror aktı ilə bağlı Türkiyə prezidenti və türk xalqına başsağlığı verib.

Təhsil müəssisələrində anım tədbirləri keçirilib 

12 Dekabr 2016 13:49

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların, habelə valideyn icmalarının nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

İstanbuldakı terror aktını törədənlərə ABŞ təlim keçib – ŞOK İDDİA

12 Dekabr 2016 13:47

"Türkiyəni ABŞ və Qərbin dəstəyini alan terror təşkilatları ilə vurmağa çalışırlar. Avropa ölkələri PKK, FETÖ və DHKP/C kimi terror təşkilatlarını qoruyur, terrorçulara sığınacaq verir”.

Türkiyəni tərk etdi - Terror İDDİASI

12 Dekabr 2016 13:39

"Anadolu Efes" ABŞ-lı basketbolçusu Brays Kottonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Nazirlik binasında bomba tapıldı

12 Dekabr 2016 13:38

Yunanıstanda nazirlikdə bomba həyəcanı yaşanıb. Paytaxt Afinada yerləşən Əmək Nazirliyinin binasına bomba yerləşdirilib. Məlumata görə, naməlum şəxs "Sinatkon" qəzetinin redaksiyasına zəng edərək nazirlik binasına bomba yerləşdirildiyini deyib.

Beynəlxalq mətbuatda IV Bakı  Teatr Konfransı 

12 Dekabr 2016 13:35

Cari ilin noyabr ayının 7-8 tarixlərində ölkəmizin ev sahibliyi etdiyi IV Bakı  Beynəlxalq Teatr Konfransı haqqında beynəlxalq mətbuatda məqalə dərc olunub. 

Xalq tərəfindən unudulmayan dahi şəxsiyyət

12 Dekabr 2016 13:32

Adətən insanın yaxın qohum-əqrəbası, dost-tanışı rəhmətə getdikdən illər sonra bu hadisə adiləşir, həmin şəxsin yoxluğu ilə barışmaq məcbutəyyətində qalırsan. Ancaq bəzən elə insanlar, tarixi şəxsiyyətlər olur ki, həmin insanın vəfatında neçə on illər keçsə də, o itgi bu gün baş vermiş kimi dərin izlər buraxır, kədər hissi yaradır. Amma onu da etiraf etmək lazımdır ki, həyatda tək-tək insanlar bu şərəfə, ehtirama nail olurlar. Bunun da kökündə həmin şəxsin həyat fəaliyyəti dayanır. Necə ki, eyni fikirləri ümummilli lider Heydər Əliyevə şamil edə bilərik.

Akademik Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib

12 Dekabr 2016 13:30

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı və “Yeganə” Şadlıq Sarayının dəstəyi ilə akademik Aqil Əliyevin 90 illik yubileyi keçirilib. Mərhum akademikin yaxınları, ziyalı alimlər, hakim Yeni Azərbaycan Partiyasının üzvləri, millət vəkilləri və s. iştirak etdiyi yubiley tədbirində əvvəlcə akademik Aqil Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

Tariximizin Heydər Əliyev səhifəsi

12 Dekabr 2016 13:26

Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən onu insanların sadəcə “baxıb keçdiyi bir pəncərə”yə də bənzədiblər. Tarixin pəncərəsindən bu dünyaya baxıb keçənlərin sayı da sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar sadəcə baxıb keçmir, öz baxışları ilə bəşəriyyətin həyatını dəyişəcək qədər güclü bir iz buraxıb gedir.