Gündəm
Azərbaycanda istifadəsiz torpaqların dövriyyəyə qaytarılması üçün xüsusi qaydalar hazırlanıb
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan kənd təsərrüfatı torpaqlarının dövriyyəyə qaytarılması barədə xüsusi qaydalar hazırlayıb.
Deputat: "Heydər Əliyev bütün türk dünyası üçün Ulu Öndərdir"
“Həyatımın mənalı hissəsinin çoxu Ulu Öndərlə bağlıdır. Ümummilli Liderin məsləhətləri, göstərişləri hər birimiz üçün böyük əhəmiyyət kəsb edirdi”. Bunu millət vəkili Elman Məmmədov Ümummilli Liderlə bağlı xatirələrini bölüşərkən deyib.
İsa Həbibbəyli: "Ulu Öndərin həyat və fəaliyyəti bir akademiyadır"
“Ulu Öndərin həyat və fəaliyyəti bir akademiyadır. Bizim Ulu Öndərdən öyrənəcəyimiz çox şey var”. Bu fikirləri SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli deyib.
Alimlərdən şok açıqlama: 30 il sonra ölülər diriləcək
ABŞ alimləri bildiriblər ki, cəmi otuz ildən sonra bəşəriyyətə ölümsüzlük bəxş edə bilərlər. Publika.az xəbər verir ki, əbədi həyat yalnız çox zəngin insanlar üçün əlçatan olacaq. Tədqiqatçılar köhnə fiziki qabığın "yeniləməsini" təklif ediblər. Alimlər insan şəxsiyyətini saxlayaraq onu bionik bədənə köçürülməsi imkanı üzərində çalışırlar.
18 yaşlı qızın alt paltarından çıxanlar polisi şoka saldı
Türkiyədə Diyarbəkirdən Bursaya gələn bir avtomobil ilə narkotik aparıldığı barədə polisə məlumat daxil olub. Avtomobil İnegölün girişində dayandırılıb. Maşından düşürülən 29 yaşlı A.B., 82 yaşlı Ş.B., 25 yaşlı B.G. və 18 yaşlı S.G.-nın üzərlərində axtarış aparılıb. 18 yaşlı qız S.G.-nın alt paltarından, 82 yaşlı qadınınsa belinə sarılı vəziyyətdə metamfetamin maddəsi aşkar edilərək götürülüb.
Ronaldu "Qızıl top" mərasiminə qatılmayacaq
Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu "Qızıl top" mükafatı ilə bağlı keçiriləcək mərasimə qatılmayacaq. Bu, portuqaliyalı superulduzun "Qalaktikos"un heyətində klublararası dünya çempionatında iştirakı ilə bağlıdır.
"Facebook"dan Türkiyə jesti - "Güvəndəyəm"
"Facebook" İstanbulda baş verən terror hücumundan sonra həmin ərazidəki insanların təhlükəsizliyini yaxınlarına xəbər etmək üçün "(güvendeyim) təhlükəsizlikdəyəm" düyməsini aktiv hala gətirib.
TUMİB gənclər arasında maarifləndirmə işi aparıb
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Yevlax şəhərində fəaliyyət Bəşir Səfəroğlu adına Xalq Teatrında baş tutub.
Qorxulu hava proqnozu
Dənizdə dalğanın hündürlüyü 12 metrə çatacaq Şimali Kipr Türk Respublikası vətəndaşlarını ciddi şəkildə narahat edəcək hava proqnozu açıqlanıb. “OLAYLAR”-ın xəbərinə görə, Hacıtəpə Universitetinin ətraf mühit mühəndisliyi kafedrasının professoru Camal Saydam bildirib ki, yaxın günlərdə Ağ dənizdə güclü fırtına baş verəcək. Onun sözlərinə görə, güclü fırtına nəticəsində dənizdə dalğaların hündürlüyü 12 metrə qədər çatacaq. Camal Saydam bildirib ki, fırtına daha çox Girnə şəhəri sahillərində müşahidə ediləcək. Professor balıqçılara və səyahətçilərə bu günlərdə dənizə çıxmamağı tövsiyyə edib.
“Multikultural dəyərlər və dadlar” adlı tədbir keçiriləcək
Dekabrın 14-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Multikultural dəyərlər və dadlar” adlı tədbir keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, tədbir ”Multikurturalizm ili”nin başa çatması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ,Yeni təqvim ili və universitetin nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5-illiyi münasibətilə baş tutacaq. Tədbirdə 25 ölkənin mətbəx və mədəniyyət nümunələri göstəriləcək
Neftçalada atasını öldürən şəxsin daha bir qətl törətdiyi məlum olub
Neftçalada atasını öldürərək meyitini yandırıb külünü Kür çayına atan oğulun daha bir ağır cinayətinin üstü açılıb.
Ermənistan silahlı qüvvələrinə məxsus daha bir PUA məhv edilib
Dekabrın 12-si cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Apa.az
Yeni il ilə əlaqədar qeyri-iş günlərinin sayı dəyişib? - Rəsmi cavab
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayında dəyişiklik olmayıb.
Tərtərdə məktəb yanıb
Tərtər rayonu, Səhləbad kəndində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 m² olan birmərtəbəli 8 otaqdan ibarət olan məktəb də yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə məktəbin 50 m² olan otaqında 35 m² sahədə əşyalar yanıb. Digər otaqlar və yaxınlıqdakı uşaq bağçası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəzər rayonunda 5 otaqlı ev yanıb
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.














