TUMİB gənclər arasında maarifləndirmə işi aparıb
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Yevlax şəhərində fəaliyyət Bəşir Səfəroğlu adına Xalq Teatrında baş tutub.
12 Dekabr 2016 14:13 Sosial"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Yevlax şəhərində fəaliyyət Bəşir Səfəroğlu adına Xalq Teatrında baş tutub. "OLAYLAR"-ın xəbərinə görə, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmə işi aparmaqdır. Ç.Bayramov əmin olduğunu bidirib ki, gənclər zərərli vərdişlərdən uzaq qalmaqla cəmiyyətin inkişafına layiqli töhfə verə bilərlər.O, gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa, davamlı mütaliə etməyə və öz üzərlərində işləməyə çağırıb. Layihənin eksperti Seymur Verdizadə bldirib ki, insan iradəsi bütün neqativ meyllərə qalib gəlməyə qadirdir. O, deyib ki, sağlam həyat tərzi keçirmək hər bir gəncin borcudur. TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə tədbirdə iştirak edən yeniyetmə və gəncləri asudə vaxtlarını səmərəli keçirməyə çağırıb. S.Novruzzadə deyib ki, gənclər yeni dövrün tələbləri ilə ayaqlaşmaq istəyirlərsə, informasiya texnologiyalarının "dilini" öyrənməli, dünyada baş verən ictimai-siyasi prosesləri yaxından izləməlidirlər. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev, TUMİB-in regional təmsilçisi Gündüz Rəsulov və başqaları çıxış edərək bildiriblər ki, QHT-lərin iştirakı ilə keçirilən müzakirələr gənclərin nitq mədəniyyətinin formalaşmasına müsbət təsir göstərməklə yanaşı, həm də onların ictimai həyatdakı rolunu artırmağa xidmət edir. Analoji tədbirlərin tez-tez keçirilməsinin vacibliyi vurğulanıb.