Ronaldu "Qızıl top" mərasiminə qatılmayacaq

Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu "Qızıl top" mükafatı ilə bağlı keçiriləcək mərasimə qatılmayacaq. Bu, portuqaliyalı superulduzun "Qalaktikos"un heyətində klublararası dünya çempionatında iştirakı ilə bağlıdır.

Belə ki, "Real" dekabrın 15-də turnirin yarımfinal görüşü çərçivəsində meydana çıxacaq. Zinəddin Zidanın komandası finala çıxmaq uğrunda Meksikanın "Amerika" klubu ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, "Qızıl top" mükafatının qalibinin rəsmi şəkildə açıqlanması bu günə planlaşdırılıb. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31