Gündəm

Heydər Əliyev fenomeni hər bir azərbaycanlı üçün mənəvi bir xəzinədir

12 Dekabr 2016 15:32

Heydər Əliyev tək Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyətin tarixində böyük rol oynamış bir şəxsiyyətdir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Qəbiristanlıqdan oğurluq edən tutuldu 

12 Dekabr 2016 15:29

Dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev RPŞ-yə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşının və 2 ədəd güldanın oğurlanmasını bildirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurlaması da müəyyən edilib.

Dəm qazı daha 2 can aldı

12 Dekabr 2016 15:28

Azərbaycanda dəm qazı daha iki nəfərin ölümünə səbəb olub. Daxili İşlər Nazirliyindən “Olaylar” verilən məlumata görə, dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan Azad Caniyev, Sabunçu rayonu ərazisində yaşayan Asifə Qqasımova evlərində dəm qazından zəhərlənərək ölüblər. Araşdırma aparılır. 

Azadlığa çıxan məhkumların 3/1-i işlə təmin olunub

12 Dekabr 2016 15:27

Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan məhbusların işlə təmin olunması və cəmiyyətə reabilitasiya olunması istiqamətində ciddi işlər görülür. “Olaylar” xəbər verir ki, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. Onun sözlərinə görə, artıq görülən tədbirlər nəticəsində azadlığa çıxan məhkumların 3/1-i işlə təmin olunub: “Son illərdə beş minədək azadlığa çıxan məhkum işlə təmin olunub. Onlar əsasən əl işlərilə məşğul olur, mebel sexlərində, təsərrüfat və digər sahələrdə çalışırlar”. H.Əlixanov onu da əlavə edib ki, Penitensiar Xidmətin yeni rəhbərliyi tərəfindən bu istiqamətdə ciddi addımlar atılmaqdadır.

BAXCP strateji yol xəritələrinin təsdiq edilməsini yüksək qiymətləndirir

12 Dekabr 2016 15:25

İdarə Heyəti: “Azərbaycan xalqını Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin həyata keçirilməsi prosesində təşəbbüskar olmağa, islahatlara dəstək verməyə, ölkənin yenidən qurulmasında fəal iştirak etməyə çağırırıq” Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

İstifadəsiz torpaqlar dövriyyəyə necə qaytarılacaq?

12 Dekabr 2016 15:23

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan kənd təsərrüfatı torpaqlarının dövriyyəyə qaytarılması barədə xüsusi qaydalar hazırlayıb. “Olaylar” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib. O qeyd edib ki, bu qaydalar artıq müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma mərhələsindədir və yaxın zamanlarda hökumətə təqdim olunacaq.

Oğurluğun üstü 11 aydan sonra açıldı

12 Dekabr 2016 15:22

Cari il fevralın 7-də Gəncə şəhərində yaşayan Spartak Abdullayevin evindən qızıl və məişət əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmyerlisi Elsevər Əsədov tutulub.

Telefon oğrusu saxlanıb

12 Dekabr 2016 15:21

Dekabrın 10-da Bakı şəhər sakini Bəsti Qurbanovanın mobil telefonu oğurlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefonu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şəhriyar Zeynalov saxlanılıb. Araşdırma aparılır. 

Lənkəran sakinindən narkotik vasitə götürülüb

12 Dekabr 2016 15:20

Lənkərən sakinindən xeyli miqdarda narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Şücaət Quliyevdən 0,036 qram heroin və 695 qram tiryək götürülüb. Araşdırma aparılır. 

Qanunsuz ovla məşğul olandan odlu silah götürülüb

12 Dekabr 2016 15:19

Tərtər rayonunda qanunsuz ovla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Mahir Eyvazov Borsunlu kəndi ərazisində qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.  Araşdırma aparılır.

XİN İstanbuldakı terror aktı ilə bağlı başsağlığı verib

12 Dekabr 2016 15:17

Xarici İşlər Nazirliyi İstanbul şəhərində törədilmiş terror aktı ilə əlaqədar açıqlama yayıb. “Olaylar” XİN-in XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada Azərbaycanın hər zaman qardaş Türkiyə ilə həmrəy olduğu vurğulanıb:“Biz, İstanbulun Beşiktaş rayonunda törədilən, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik.

Kəmaləddin Heydərovun federasiyası dünyanın - “Ən yaxşı”sı seçilib

12 Dekabr 2016 15:16

Dünya Taekvando Federasiyası (DTF) 2016-cı ilə yekun vurub. "Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, bununla bağlı Bakıda keçirilən tədbirdə DTF-nin prezidenti Çunqvon Çu, müxtəlif ölkələrin taekvando federasiyalarının prezidentləri, Azərbaycan Taekvando Federasiyasının prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər qonaqlar iştirak ediblər.

Kursantı avtomobil vurub

12 Dekabr 2016 15:16

Bakıda gənc oğlanı avtomobil vurub. “Olaylar” xəbr verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarov Vüqar Xəyyam oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçən 21 yaşlı Sultanov Davud Rövşən oğlunu vurub. D.Sultanov Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasının 3-cü kurs tələbəsidir. O, DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ana dörd azyaşlı qızını qətlə yetirdi

12 Dekabr 2016 15:04

Çinin Quandun əyalətində ana dörd azyaşlı qızını qətlə yetirib. Buna qadının oğlan övladı istəməsi səbəb olub. Məlumatlara görə, noyabr ayında qadının beşinci qız övladı dünyaya gəlib. Depressiyaya düşdüyü deyilən qadın bıçaqla qızlarına hücum edib. Polisin məlumatına görə, ana beş qızını ağır yaralayıb. Onlardan dördü xəstəxanaya aparılarkən həyatını itirib.

"İlahiyyatçı"dan şəhidlərin ruhunu incidən paylaşım

12 Dekabr 2016 15:00

"Kediciklərim" deyə müraciət etdiyi qızları ətrafına yığaraq "dini" veriliş aparan "ilahiyyatçı" Adnan Oktar Türkiyədə baş verən terraktla bağlı paylaşım edib.