Kursantı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub. “Olaylar” xəbr verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarov Vüqar Xəyyam oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçən 21 yaşlı Sultanov Davud Rövşən oğlunu vurub. D.Sultanov Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasının 3-cü kurs tələbəsidir. O, DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bakıda gənc oğlanı avtomobil vurub. "Olaylar" xəbr verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarov Vüqar Xəyyam oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə yolu keçən 21 yaşlı Sultanov Davud Rövşən oğlunu vurub. D.Sultanov Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasının 3-cü kurs tələbəsidir. O, DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31