Gündəm
“Heydər Əliyevlə görüşmək böyük risk tələb edirdi”
“1982-ci ildə belə bir imkan yaransa da, son anda Heydər Əliyevlə yaxından tanış olmaq, görüşmək istəyim baş tutmamışdı. Bununla belə, nəhayət, 1990-cı ilin yayında ürəyimdə neçə illərdən bəri arzum reallaşdı. Həmin ilin iyul ayında Heydər Əliyev Naxçıvana gəldi. Bu o vaxtlar idi ki, keçmiş SSRİ və Azərbaycanın o dönəmki rəhbərliyi tərəfindən bu böyük şəxsiyyətə qısqanc münasibət hökm sürürdü, ona qarşı açıq-gizli təqiblər, təzyiqlər mövcud idi. Heydər Əliyevlə görüşmək böyük risk tələb edirdi, qorxuluydu. Düzünü desəm, bunları göz önünə gətirib mən də bir qədər tərəddüd, götür-qoy etdim.
31 dekabrda əvf olacaq
"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir".
Ölkə xaricindən internetlə təhqir edənlər necə cəzalandırılacaq...
Milli Məclisinin müzakirəsinə Cinayət Məcəlləsinə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə üçün məsuliyyət müəyyən edən yeni maddə təqdim olunub. Qanun layihəsi Milli Məclisdə səs çoxluğu ilə qəbul edilib.
Pullar Gürcüstana gedir....
Bu ilin 9 ayında Gürcüstana 434 milyon ABŞ dolları həcmində birbaşa sərmayə yatıran Azərbaycan həmin ölkəyə yatırım həcminə görə digər ölkələrin hamısını qabaqlayır.
Buxarestdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilib.
Bu il Azərbaycanda 848 nəfər qidadan zəhərlənib - 2 nəfər dünyasını dəyişib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 848 nəfər qidadan zəhərlənib, 2 nəfər isə dünyasını dəyişib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ötən müddətdə 573 qida zəhərlənməsi hadisəsi baş verib.
"Taliban" hərəkatının səhra komandiri vuruldu
"Taliban" hərəkatının səhra komandiri Molla Naim Kur Əfqanıstanın şərqində Parvan əyalətində məhv edilib.
"Kütləvi informasiya vasitələri haqqında" qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 368-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalanıb.
Putinin Suriya kampaniyasına ciddi zərbə: Hələbə baş qarışdı, Palmira əldən getdi
Ötən bazar günü Suriya ordusunun qədim Palmira şəhərindən çəkildiyi rəsmən təsdiqlənib. Xəbərlərə görə Palmira üzərinə İŞİD 4 minlik qüvvə ilə dekabrın 10-da hücuma keçib. Əvvəlcə Rusiya aviasiyasının dəstəyi ilə Suriya ordusu hücumu dəf edə bilib, lakin növbəti həmlə qarşısında davam gətirə bilməyib və bu ilin martında İŞİD-dən azad edilmiş şəhəri yenidən barbar terror qruplaşmasına təhvil verərək geri çəkilib.
“Dəmir Günbəz” Sərkisyanın və Kim Çen Inın raketlərinə qarşı
İsrail Şimali Koreyanın ballistik raketlərindən qorunmaq üçün Cənubi Koreyaya “Dəmir Günbəz” raketdən müdafiə batareyaları təklif edir. Virtualaz.org xəbər verir ki, bu barədə İsrailin Seuldakı səfiri Xaim Xoşen ötən həftə Cənubi Koreyanın Müdafiə Araşdırmaları İnstitutunda keçirilən konfransda bildirib.
Kreml İŞİD-in Palmiranı ələ keçirməsinə münasibət bildirib
“Palmira ətrafında baş verənlər bir daha İŞİD terrorçu təşkilatından qaynaqlanan təhlükənin ciddiliyini göstərir”.
"Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilib
Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 367-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Ehtiyatlı olun! Yeni virus növü tapılıb
Yeni növ virusun yayılmasını MalwareHunterTeam komandası aşkar edib. "Popcorn Time" adlı şifrələyici virus istifadəçinin kompüterinə daxil olandan sonra şifrələnmiş faylların geri qaytarılması üçün istifadəçidən həmin virusu digər insanlara göndərməyi tələb edir. Mütəxəssislər yeni növ virusun təkmilləşdirilməmiş cavan versiyası ilə qarşılaşıblar. Lakin onların sözlərinə əsasən, bu virus gələcəkdə çox təhlükəli ola bilər. Cihaz sözügedən virus ilə yoluxandan sonra bütün fayllar şifrələnir və onlara ənənəvi üsul ilə daxil olmaq mümkün olmur. Faylların bərpası üçün xüsusi açar şifrəsi lazımdır. Virusun yaradıcıları istifadəçilərə, faylların geri qaytarılması üçün iki üsul təklif edir. Ya istifadəçi virus yaradıcılarına 1 bitcoin ödəməlidir (hal-hazırkı məzənnə ilə 1 bitcoin 768$ edir), ya da virusu digər insanlara göndərməlidir.
Ukrayna DİN rəhbərinin ölkədən qaçması xəbəri yayılıb
Ukraynanın Daxili işlər naziri Arsen Avakov istefa verib və ölkəni tərk verib. “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat Oleq Çarev öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, nazir Radikal partiyasının lideri Oleq Lyaşkonun ad günü məclisindən sonra Ukraynaya və Kanadaya ezamiyyətə getsə də, geri qayıtmayıb. Siyasətçi onu da bildirib ki, Avakovun istefa istəyi daha əvvəl bir neçə dəfə nəticəsiz qalıb.
Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı başlayıb
Azәrbaycan KİV rәhbәrlәrindәn bir qrupu Ankarada səfərdədir. Məlumata görə, KİVDF-nin təşkilatçılığı ilə ölkəmizin aparıcı 15 mətbuat qurumunun rəhbərlərindən ibarət nümayəndə heyəti artıq görüşlәrә başlayıb.














