Ukrayna DİN rəhbərinin ölkədən qaçması xəbəri yayılıb

Ukraynanın Daxili işlər naziri Arsen Avakov istefa verib və ölkəni tərk verib. “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat Oleq Çarev öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, nazir Radikal partiyasının lideri Oleq Lyaşkonun ad günü məclisindən sonra Ukraynaya və Kanadaya ezamiyyətə getsə də, geri qayıtmayıb. Siyasətçi onu da bildirib ki, Avakovun istefa istəyi daha əvvəl bir neçə dəfə nəticəsiz qalıb.

Ukraynanın Daxili işlər naziri Arsen Avakov istefa verib və ölkəni tərk verib.

"Qafqazinfo" rus KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat Oleq Çarev öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, nazir Radikal partiyasının lideri Oleq Lyaşkonun ad günü məclisindən sonra Ukraynaya və Kanadaya ezamiyyətə getsə də, geri qayıtmayıb. Siyasətçi onu da bildirib ki, Avakovun istefa istəyi daha əvvəl bir neçə dəfə nəticəsiz qalıb.

O, "Bu dəfə Petro Poroşenko Avakovun istefasını qəbul edəcəkmi? Bunu zaman göstərəcək. Uzağı Avakovu hakimiyyəti bölüşməyə və Poroşenkonun adamlarını DİN-ə götürməyə məcbur edəcəklər. Nazirin köməkçiləri onun Ukraynada olduğu təəssüratını yaradır, Odessada irimiqyaslı xüsusi əməliyyatların keçirilməsi barədə anonslar verirlər",-yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31