"Taliban" hərəkatının səhra komandiri vuruldu
"Taliban" hərəkatının səhra komandiri Molla Naim Kur Əfqanıstanın şərqində Parvan əyalətində məhv edilib.
12 Dekabr 2016 16:00 Dünya"Taliban" hərəkatının səhra komandiri Molla Naim Kur Əfqanıstanın şərqində Parvan əyalətində məhv edilib. Bu barədə Əfqanıstan DİN-ə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
Ekspertlərin qeyd etdiyi kimi, son zamanlar Əfqanıstanın şərq və cənub əyalətləri - Loqar, Nanqarhar, Qilmend, eləcə də ölkənin şimalında Gündüz, Cauzcan və Parvanda ekstremistlərin mövqelərinin möhkəmləndiyi müşahidə edilir. Bununla yanaşı, "Taliban"ın səhra komandirləri və yaraqlılarının "İslam Dövləti" (İŞİD) terror qrupuna sədaqət andı içmə hallarının sayı artıb. Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31