Kreml İŞİD-in Palmiranı ələ keçirməsinə münasibət bildirib
“Palmira ətrafında baş verənlər bir daha İŞİD terrorçu təşkilatından qaynaqlanan təhlükənin ciddiliyini göstərir”.
12 Dekabr 2016 15:45 Dünya"Palmira ətrafında baş verənlər bir daha İŞİD terrorçu təşkilatından qaynaqlanan təhlükənin ciddiliyini göstərir". Məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Hələlik belə aktiv hücum fəaliyyətinin qarşısını tam ala bilmədiyimizə görə təəssüflənirik. Rusiya tərəfi beynəlxalq terrorçuluğa qarşı mübarizəni, eləcə də Suriya silahlı qüvvələrinə yardımı davam etdirir və etdirəcək", - deyə Kremlin sözçüsü qeyd edib.
D. Peskovun indiyə qədər ABŞ və digər ölkələrlə real əməkdaşlıq və koordinasiyanın mövcud olmadığını da söyləyib: "Belə əməkdaşlıq terrorçuların bu cür hücumlarından effektli yayınmağa imkan verərdi".
Qeyd edək ki, İŞİD terror təşkilatı Suriyada yenidən qədim Palmira şəhərinə nəzarəti ələ keçirib. Apa.az